Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


06.05.2017  16:23 

Ziya Məmmədov “qara dairədə”





A+  A-

Senatorların tələb etdiyi araşdırmalar Məmmədovların qurban verilməsi ilə sonuclana bilər
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun ətrafında halqa daralmaqdadır. 1 ay əvvəl bir qrup amerikalı senator prezident Donald Trampın şirkətinin Azərbaycanda korrupsiya pozuntusunda şübhəli bilinən və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)ilə bağlılığı olan fəaliyyətinin araşdırılması üçün Birləşmiş Ştatların Baş Prokurorluğuna, Maliyyə Nazirliyinə, Federal Təhqiqatlar Bürosuna müraciəti olub.

Həmin müraciətlərində senatorlar Şerrod Braun, Dayen Faynstayn və Ben Kardin “Trump Organization” otellərinin inşası ilə bağlı araşdırma aparılmasını tələb ediblər. Məlum olduğu kimi, Donald Tramp prezident seçilənə qədər onun şirkəti Azərbaycanda Ziya Məmmədovun oğlu Anar Məmmədov və qardaşı Elton Məmmədovla birgə otel tikintisini gerçəkləşdiriblər. Senatorlar həmçinin “Trump Organization” tikinti şirkətinin Azərbaycandakı biznes ortağı vasitəsilə ABŞ-ın sanksiya tətbiq etdiyi İran İslam Keşikçiləri Korpusu ilə mümkün gizli əlaqələrinin olmasına dair ehtimalların araşdırılmasını tələb edib. Bu araşdırmaların özü Trampın Azərbaycandakı şəriklərinə yaxşı heç nə vəd etmir.

Hazırda Bakıda yerləşən 72 mənzildən və 189 otel otağından ibarət 33 mərtəbəli “Trump Tower”in adı dəyişdirlib. Amma Məmmədovlar elə həmin otel böyüklüyündə problemlə üz-üzədirlər.

Senatorların araşdırma tələbindən sonra Azərbaycanda Məmmədovlara qarşı zəif də olsa hərəkətlilik sezilməkdədir.

Z.Məmmədovun şəxsi təyyarəsini müsadirə ediblər. Ziya Məmmədovun “Gulf Stream” markalı şəxsi təyyarə aldığı Azərbaycan ictimaiyyətinə 2012-ci ilin yayından bəlli olmuşdu. O zamandan bu yana - son günlərə qədər həmin şəxsi təyyarə Ziya Məmmədovun istifadəsində olub. Hökumətdən bir qərarla qovulan Ziya Məmmədovun təyyarəsi uzun müddət özündə olub. Amma senatorların məlum araşdırma tələbindən sonra bu imtiyazı da ləğv edilib. Ondan şəxsi təyyarəsini “dinməz-söyləməz gətirib təhvil vermək” tələb olunub və tələb yerinə yetirilib.

Əgər bu araşdırmalar başlansa, ABŞ Azərbaycandan bir sıra sənəd və dəlillər tələb edəcək. Bu isə Birləşmiş Ştatların Azərbaycana təzyiqlərinin artması ilə müşahidə oluna bilər. Çünki burada söhbət yalnız korrupsiyadan deyil, hətta Trump-Məmmədovlar əməkdaşlığının ABŞ-ın terrorçu təşkilat kimi tanımaq istədiyi İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə gizli əlaqələrinin olmasından gedir. Senatorların müraciətində ABŞ qanunvericiliyinin pozulduğu xüsusi vurğulanır. Belə vəziyyətdə rəsmi Bakı özünü sığortalamaq üçün Z.Məmmədovu və ya onun yaxınları barədə həbs qərarı çıxartmaq məcburiyyətində qalmalı olacaq.

Bu arada Z.Məmmədovun yaxınlarının adı qarışan jurnalist Fərahim İlqaroğlunun döyülməsi işi üzrə yenidən araşdırma aparılması da gündəmə qayıdıb. Bu iş də Məmmədovlara yaxşı heç nə vəd etmir.

(musavat.com)

Xəbər 3221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +