Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə


14.04.2017  20:43 

İki avtobusun yolu dəyişdirildi





A+  A-

Paytaxtın Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılacaq təmir işləri əlaqədar həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
XəzərNews.az-a daxil olan məlumata görə, dəyişikliyə əsasən, 15.04.2017 tarixindən təmir işləri bitənədək 6 nömrəli marşrut üzrə avtobuslar Bayıl istiqamətinə gedərkən Şeyx Şamil, İstiqlaliyyət, Əziz Əliyev küçələri, Neftçilər prospekti, AzNeft dairəsi ilə yolunu gedəcək. Bayıl-Azadlıq prospekti m/s istiqamətinə hərəkət edərkən isə AzNeft meydanı, Niyazi, İstiqlaliyyət, Bünyat Sərdarov, Həsən Seyidzadə, N.Nərimanov, M.Müşviq küçələri əvəzinə AzNeft meydanı, Neftçilər prospekti, Rəşid Behbudov, Fizuli, Şıxəli Qurbanov, Zivər bəy Əhmədbəyov, Qurban Xəlilov, Bakıxanov küçələri, İnşaatçılar prospekti, Landau, M.Müşviq küçələrindən keçən xətt üzrə hərəkət etməsi nəzərdə tutulur.

65 nömrəli marşrut xətti üzrə isə avtobuslar Şeyx Şamil küçəsindən sol istiqamətdə İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinə hərəkət edəcəklər.

Xəbər 1807 dəfə oxunub.




16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +