İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.02.2017  11:10 

Qar məktəblərə də təsir etdi - Dərsə davamiyyət pisləşdi





A+  A-


Dünən axşam saatlarından başlayaraq ölkənin bütün regionlarına güclü qar yağıb. Qarın yağması bu gün də davam edir. Əldə etdiyimiz məlumatlara görə. Bəzi məktəblərdə qar yağması səbəbindən bəzi yerlərdə dərs keçilməsi təxirə salınıb.

XəzərNews.az bildirir ki, Modern.az saytı Təhsil nazirliyi və Bakı Çəhəri Baş Təhsil İdarəsi ilə əlaqə saxlayıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov saytımıza açıqlamsında davamiyyətin aşağı düşəməsini təsdiqləyib.

“Hal-hazırda bölgələrlə əlaqələr yaradılır. Qarın yağması ilə bağlı məktəblərdə problemlər var. Davamiyyətin aşağıdüşmə faizləri öyrənilir. İlkin məlumata görə qar daha çox dağlıq rayonlarında yerləşən bölgələrə yağıb. Ucqar kəndlərdə yerləşən məktəblərdə isə davamiyyət kifayət qədər aşağı düşüb. Günorta saat 1-ə qədər daha çox hansı bölgədə faiz göstəricisi olaraq vəziyyətin necə olması barədə məlumat verəcəyik”

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, paytaxt məktəblərində də davamiyyət aşağı düşüb.

“Hava şəraitinin kəskin dəyişməsi və qar yağması ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən davamiyyət göstəricisi digər günlərə nizbətən aşagı düşüb. Buna baxmayaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təlim prosesi davam edir”,-deyə idarədən bildirilib.



Xəbər 10998 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +