Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


09.02.2017  12:18 

Gəncə Dövlət Universitetində “mahmudovçu” şəbəkə kimdir?





A+  A-


“Bildirirəm ki, Gəncə Dövlət Universitetində çox güclü "mahmudovçu" qruplaşması mövcuddur. Bu qruplaşmanın rəhbəri Zakir Zeynalovdur”

Bu barədə Göygöl sakini Fikrət Hacıyev tərəfindən göndərilən məktubda qeyd olunub. Məktubdakı məqamların və iddiaların nə dərəcədə səhih olduğunu araşdırmağa çalışırıq.

“Bu haqda 28.02.2006 tarixində Eldar Mahmudova şikayət yazdım və nəticədə 2011-ci ildə işdən qovuldum. Belə ki, seçki zamanı MTN əməkdaşı Mamed müəllim çıxış edənlərin hamısını kameraya çəkdirirdi və ciddi təzyiq göstərirdi. 

Onda mən bilmirdim ki, MTN Zakir Zeynalovun köməyi ilə GDU-nun müəllimlərindən MTN-nin təhsil işləri ilə məşğul olan əməkdaşı Zamin müəllimin dediyi kimi "dolya" yığırmış. 

Mənim işdən qovulmağımın əsas səbəbi də elə bu olmuşdu. Axı mən nəinki MTN-nə haqq verirdim (heç bir tələbədən indiyə kimi rüşvət almadığım üçün), həm də "mahmudovçuların" Heydər Əliyev əleyhinə təbliğatına mane olurdum. 

Çünki mən Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Moskva Energetika İnstitunun elektron texnikası fakültəsinə qəbul olunmuş, həmin institutu fərqlənmə diplomu ilə bitirmişəm və adım bir neçə dəfə Heydər Əliyevin çıxışlarına düşmüşdü”. 

F.Hacıyev yazıb: “52 və 29 günlük iki aclıq aksiyasından sonra sağlamlığımı həmişəlik itirmiş halda işə bərpa olsam da, "alim" "mahmudovçular" yenə məni rahat buraxmadılar. 

Ancaq Respublika Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanıma müraciətlərimdən sonra 17 aylıq əmək haqqımı ala bildim.

Ən qəribəsi isə odur ki, Eldar Mahmudovun cinayətkar dəstəsinin cinayət işləri getdiyi halda, GDU-dakı "mahmudovçular" vəzifəcə irəli çəkilir və layiq olmadıqları fəxri adlara layiq görülürlər. 

Misal üçün hətta Təhsil Nazirinə də şəxsən bildirməyimə baxmayaraq ki, Zakir Zeynalovun fizikadan heç 9-cu sinif səviyyəində savadı yoxdur, o GDU-nun fəxri professoru seçildi və ixtisasartırma şöbəsinin müdiri vəzifəsinə seçildi. 

Zakir Zeynalovun özünün dediyi kimi MTN-nin tapşırığı ilə mənim e-mail ünvanımdan GDU-nun ağsaqqal müəllimi haqqında (mənim açıq dərsimi dinləməli olan) biabırçı məlumat yayan yaxın dostu Elxan müəllim isə indi dekan müavinidir.

İş o yerə çatıb ki, müəllimlər üçün universitetdə heç bir şərait, kompüter, İnternet və sadəcə oturmağa yer olmadığı halda yeni prorektor Gülsüm xanım kompüter, İnternet nəyə lazım, mənim kimi kağız qələmlə işləməyi öyrənin, mən heç kompüterlə işləyə bilmirəm, deməli alim deyiləm? 

Bu sözləri deyən prorektor tətil günləri kafedraları gəzib, onun yoxladığı saatda iş yerində, yəni kompüter, İnternet olmasa da civə buxarları ilə zəngin olan GDU-nun II korpusunda olmayan müəllimlərin əmək haqqını kəsir. 

Möhtərəm Gülsüm xanıma görə müəllimlərin əmək haqqı çox böyükdür və onu kəsmək lazımdır. Kompüter və İnternet isə təhsilimizə heç lazım deyil”.

Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq. 

(politika.az)



Xəbər 1210 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +