“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


07.06.2020  13:52 

Bakıda dezinfeksiya işləri aparıldı





A+  A-

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə paytaxtın bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Xüsusi Qərargahın müvafiq qərarına əsasən, paytaxt da daxil olmaqla, ölkənin beş şəhər və bir rayonunda 2 gün ərzində sərt karantin rejimi tədbiq olunduğu və paytaxt sakinlərinin bu günlər ərzində evlərində olacaqları nəzərə alınaraq BŞİH-in strukturları tərəfindən iyun ayının 7-də səhər saatlarından etibarən paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfər əməkdaşı tərəfindən xüsusi kimyəvi maddələrlə artıq 5-ci dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib. Əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılıb.

Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri bir gün əvvəl KİV vasitəsi ilə xəbərdar ediliblər.

Raytaxt küçələrində sərt karantin rejiminə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti həm də 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərində fəal iştirak ediblər.

Bununla yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları təsdiq edilmiş qrafikə uyğunlaraq departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirirlər.

Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

Xəbər 1151 dəfə oxunub.




22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +