Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


06.05.2020  16:10 

Mayda 190 manat belə veriləcək - Nazir AÇIQLADI





A+  A-

“May ayı üzrə ödənişlə bağlı vətəndaşlar üçün bank kartları artıq sifariş verilib. Onlara banklar tərəfindən kartlarını götürmələri üçün mesaj göndərilir, onlar kartlarını əldə edərək bankomatlardan may ayı üzrə vəsaitlərini alacaqlar”.
XəzərNews.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində birdəfəlik ödəmə proqramından danışarkən deyib.

Onun sözlərinə görə, ümumilikdə 600 min şəxsə aprel-may ayları üzrə birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat ayrılıb ki, ondan artıq 114 milyon manatı aprel ayı üzrə həmin vətəndaşlara ödəniş edilib: “Birdəfəlik ödəmə proqramı pandemiya dövründə birbaşa o şəxslərə yönəlib ki, o insanlar işsiz və heç bir qazanca, gəlirə malik deyillər, dövlətdən hər hansı sosial ödəniş almırlar. Məqsəd ondan ibarət idi ki, ilk növbədə məhz həmin köməksiz, dəstəksiz qalmış insanlar müdafiə olunsunlar, onlara dövlət öz köməkliyini etsin. Belə də oldu.

İlk vaxtlar “Məşğulluq” altsistemində işsiz və işaxataran kimi qeydə alınmış 200 min insan üçün nəzərdə tutulan proqramın əhatə dairəsi dövlət başçısının humanist siyasəti nəticəsində 3 dəfə genişləndi və 600 minə çatdırıldı.

Aprelin 17-də Prezident İlham Əliyev keçirdiyi videobağlantı formatında iclasda tapşırıq verdi ki, 200 min əvəzinə, 600 min insana iki ay ərzində hər ay 190 manat birdəfəlik vəsait verilməlidir.

Birdəfəlik ödəmə üçün bütün müraciətlərin qəbulu, emalı və ödəmə təyin olunub-olunmamasına dair qərarların qəbulu, nəticə barədə vətəndaşların məlumatlandırılması - bütün bu proseslər elektron qaydada, tam şəffaf şəkildə aparıldı. Aprelin 7-də Nazirlər Kabineti tərəfindən müvafiq qərar təsdiq edildikdən və müraciətlərin qəbuluna başlandıqdan 2 gün sonra, aprelin 9-dan birdəfəlik ödənişlərin həyata keçirilməsinə başlandı. Bu proses demək olar ki, bir aydan az bir müddətdə yekunlaşdı və 600 min işsiz və xüsusi karantin rejiminə görə qazancını itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşa ödəniş olundu”.

Xəbər 1657 dəfə oxunub.




23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +