Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


20.02.2018  11:17 

Azərbaycan bunu “Eurovision”da ilk dəfə edəcək





A+  A-

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinnin start götürməsinə sayılı günlər qalıb.
XəzərNews.az xəbər verir ki, bir neçə həftə bundan əvvəl təmsilçimiz Aysel Məmmədovanın (Aisel) Rusiyanın xalq artisti Filipp Kirkorovun sahib olduğu “Dream Team” adlı komandası ilə çalışdığı öz təsdiqini tapıb.
Komandaya İlias Kokotos və Dimitris Kontopoulos daxildir və Aiselin klip çəkilişləri Yunanıstandan davam edir. Bundan əlavə, sənətçinin Avropa səhnəsində oxuyacağı mahnının həm ingilis, həm də Azərbaycan dilində olacağı məlum olub.
Bununla da, Azərbaycanın “Eurovision” tarixində bir ilkə imza atacaq. Çünki, bundan əvvəl bütün iştirakçılar müsabiqədə bir dildə (ingilis) mahnı ifa edib.
“Eurovision” mahnımızın bəstəkarı Dimitris Kontopoulosdur. Bundan başqa, hər kəsin bəstəkar kimi tanıdığı İlias Kokotos isə Ayselin xoreoqrafı olacaq.
Bu məqamda bildirək ki, “Eurovision 2016”da Rusiya təmsilçisi Sergey Lazerevin səhnə şousunun xoreoqrafiyası məhz ona məxsusdur. Dimitrisin isə “Eurovision” tarixi zəngindir. O, beynəlxalq müsabiqələrdə iştirak edən bir çox ulduzlarla çalışıb.
Xatırladaq ki, müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.
Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq, müsabiqənin qalibi adını qazanıb.

Xəbər 1372 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +