Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


08.08.2017  10:46 

Damla haqda daha bir QALMAQAL - Toy sahibini belə aldatdı





A+  A-

Müğənni Damla yenidən toyla bağlı qalmaqalla yadda qalıb.
XəzərNews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, müğənni iki gün öncə “Neolit” restoranında baş tutan toy üçün beh alsa da, toya gəlməyib.

Müğənnilər Şəbnəm Əsədova və Manaf Ağayevin iştirak etdiyi toyda Damla bir saat çıxış üçün 1500 manat tələb edərək, 500-nü beh kimi öncədən alıb. Toya gəlmədiyi üçün qəzəblənən ev yiyəsi Damlaya görə beh verdiyi müğənni Manaf Ağayevlə mübahisə edib və bu azmış kimi toy qonorarını ödəməyib.

Toya görə 8000 manat almalı olan M.Ağayev və dəstəsi evə bir qəpiksiz qayıdıblar.
M.Ağayev Metbuat.az-a açıqlamasında xəbəri təsdiqləyib: “Deyilənlərin hamısı düzdür. Kim Damlaya yüksək beh verirsə, adam ora qaçır. Bizim getdiyimiz toya 500 manat beh verilmişdi. Kimsə Şəmkirdən 1000 manat beh verib deyə, həmin toya gedib. İnsan düşünmür ki, adamı pis vəziyyətdə qoyur. Mən kimə söz verirəmsə, sözümün üstündə dururam. Ancaq Damla məni pis vəziyyətdə qoyub. Özünə də dedim gətirib behi qaytarmasan, cəmiyyətə sənin kim olduğunu açıqlayacam. Əslində, başqa toya getmək istəyən adam əvvəlcədən deməlidir. Bu heç həmin gün də olsa, zəng etməyib ki, gəlməyəcək. Sadəcə həmin gün Massallıdakı aldatdığı toy evinin yiyəsi mənə zəng elədi ki, Damla başıma bu hadisəni gətirib. Mən də zəng elədim Damlaya, o da dedi ki, qətiyyən ola bilməz, mütləq beh aldığı toya gələcək. Ancaq gəlmədi. Zəng elədim ki, Damla, bəs beh almısan, məni pis vəziyyətdə qoyub gəlmədin. Yaxşı da bir bəhanəsi var, aldatdığı toy sahiblərinə həmişə deyir ki, həmin toya getməsəydi, onu öldürəcəkdilər”.

Məsələ ilə bağlı sayt Damla ilə əlaqə saxlamağa çalışıb. Köməkçisi bildirib ki, belə bir problem olmayıb, M.Ağayevlə aralarında yüngül anlaşılmazlıq yaranıbmış, onu da qaradan qaldırıblar.

Xəbər 3936 dəfə oxunub.




14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib


BÜTÜN XƏBƏRLƏR +