İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


14.02.2017  10:35 

“Az qala Aqil Abbassız qalmışdıq...” - Millət vəkili





A+  A-

 

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov mətbuatın bugünkü durumunu və həmçinin sosial şəbəkələri tənqid edən “Qələm kimin əlindədir” adlı müəllif yazısı ilə çıxış edib.

XəzərNews.az xəbər verir ki, o, öz yazısında qeyd edib ki, jurnalistikada qeyri-peşəkarlar dayazda üzür, necə deyərlər, suda başlarını girləyirlər: “Çünki qabaqcadan yazmaq istədikləri mövzunu öyrənmir, müsahibəyə (yaxud müsahibi ilə söhbətə) hazırlaşmır, ona məsələnin mahiyyətinin açılmasına xidmət edən suallar vermir”.

B. Sadıqov yazır: “Bu gün sosial şəbəkədə olanların da “qələm”i var. Doğrudur, bu “qələm” mətbu qələm deyil, “ictimai qələm”dir. Lakin sosial şəbəkədən elektron mediaya “sızmalar” sosial şəbəkə məhsullarının “mətbu məhsullar”a çevrilməsi imkanını yaradır”.

Millət vəkili həmkarı Aqil Ababsla bağlı bir müddət əvvəl baş vermiş hadisəyə də toxunub: “Köhnə bir “klassik” hadisəni xatırlatmaq istəyirəm...

...Onun “kəndli soğan əksin” deməsi sosial şəbəkədə necə qəzəblə, qılıncla qarşılandı! Aqil Abbas deməmişdi ki, kəndli narkotik bitki əkib-becərsin, yaxud oğurluq etsin! Yaxud bu ifadəni soğan əkib-becərənləri aşağılamaq məqsədilə işlətməmişdi. Ən azı ona görə ki, bu sahə ilə məşğul olanlar arasında öz qohum-əqrəbası və dostları da var! Hazırda Azərbaycan kəndlisi təkcə soğan yox, pambıq, tərəvəz, kartof, fındıq və s. əkərək öz zəhməti ilə dolanır.

Nə asanlıqla Aqil Abbasın dövlət, xalq, lap elə cəbhə bölgəsində yaşayanlar üçün elədikləri unuduldu!

Az qala (bəlkə də əslində) onu xalq düşməni elan etdilər!

Axı bizim seçilmiş ziyalılarımız, qələm əhlimiz o qədər də çox deyil ki, onlara qarşı belə amansızlıq edək, dərhal sıradan çıxarmağa çalışaq!

Bir daha diqqət yetirək: əvvəlcə fikir kontekstdən çıxarılır, sonra təhrif edilir, daha sonra müəllif ittiham və təhqir hədəfinə çevrilir...

Nə yaxşı ki, ötən əsrin 37-ci ili deyildi, yoxsa Aqil Abbassız qalmışdıq!

Sosial şəbəkəyə bir sözüm yoxdur! Orada deyilənləri internet mediaya, hətta qəzet səhifələrinə gətirərək günlərlə hallandıranlara, “günün mövzusu” sifətində saxlamağa çalışanlara nə deyəsən?! Axı onlar Aqil Abbası çox yaxşı tanıyırlar! Heç biri də ondan yaxşı jurnalist (hələ yazıçı demirik) deyil!”.

“Sensasiya aludəliyi isə bütün davranış qaydalarını pozub!” yazan B. Sadıqov deyir ki, bəzən müxbir məqsədyönlü şəkildə telefonla danışdığı müsahibini sual atəşinə tutur (buna qabaqcadan hazırlaşır), onu çaşdırmağa, ağzından bir söz qoparmağa çalışır: “Təbii, müxbir öz iş otağında rahat əyləşib, əlinin altında sualları...

Xəttin o başındakı insan isə müsahibəyə irəlicədən hazır deyil. Telefonunu açan kimi mövzuya girmək, məsələni sistemli şəkildə, məntiqi qaydada, üstəlik, faktlarla şərh etmək o qədər də asan sayılmır”.

“...Əslində, ən çox uduzan tərəf mətbuat olur:

Bunu istəyirdiniz?!”.



Xəbər 3112 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +