Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


18.03.2024  12:45 

Jurnalistikada serialdakı obraza oxşar simalar yoxdurmu?





A+  A-

Tozanaq yatdı, duman çəkildi. Cəmi 3-4 günə bir-birinə kükrəyən tərəflər öz “səngərlərinə” çəkildi. Nə var, nə var serialda bir dələduz jurnalist obrazı yaradılıb. Sən demə, bu bütün medianı təhqir etmək anlamına gəlibmiş...

Həmin fraqment əvvəlcə sosial şəbəkələrdə Elm və Təhsil Nazirliyinin sosial çarxı adı altında yayıldı. Media cameəsi toplu olaraq nazirliyə qarşı hücuma keçdi. Onsuz da Azərbaycanda nazirlər içərisində Emin Əmrullayev yeri gəldi-gəlmədi tənqid hədəfi olur. Mətbuata ən açıq, öz sahəsindəki problemləri öz dili ilə səmimi şəkildə səsləndirməyinə baxmayaraq, cənab Əmrullayev “vura bildiyimiz” ən asan ünvandır. Nazir bu qara zolaqdan çıxa bilmir.

Amma mənim düşüncəmə görə, E.Əmrullayev ölkədə tənqiddən çəkinməyən, əks fikrə dözümlü yüksək vəzifəli şəxslərdən biridir. Yəni böyük adamdır. Amma nə olsun, məşhur deyimdəki kimi “əlimizə fağır bir nazir düşüb, sağdan da döşəyirik, soldan da”.

Nazirlik medianın tənqidinə bir gün səbirlə yanaşdı və nəhayət açıqlama yaymağa məcbur oldu ki, bu “sosial çarx”ın bizə heç bir aidiyyətı yoxdur. Atam, qardaşım, valllah da, billah da bizlik deyil.

Bəlli oldu ki, sən demə bu səhnəcik İTV-də yayımlanan “Gündəlik” serialından bir hissədir. Mən nəinki sözügedən seriala, heç sosial şəbəkədə yayımlanan həmin hissəyə də axıra kimi baxmamışam. Uzun illərdir TV, serial söhbətlərini həyatımdan delet etmişəm. Çünki mənim fikrimcə faydasızdır. Tanrının bizə pay verdiyi ömrün yarımca saatını seriallara sərf etmək öz həyatına dəyər verməməkdir - deyə düşünürəm. Asudə vaxtın varsa, bunu daha səmərəli işlərə sərf edə bilərsən.

Bəs, səhnə mənim diqqətimi niyə cəlb etmədi və reaksiya vermədim? Birincisi, həmin jurnalist obrazının hər hansı cizgisində özümü görmədim. İkincisi, orada heç jurnalistikanın da kiçik bir elementi yox idi. Konkret desəm, görüntülərdə jurnalistləri təhqir edəcək heç nə görmədim. O, sadəcə bir dələduz obrazı idi.

Məsələnin digər tərəfi də var. İstənilən filmdə, əsərdə mənfi obraz olur. İndi təsəvvür edək ki, hansısa filmdə qanqster obrazının peşəsi polisdir. Bu, o deməkdir ki, bütün polislər qanqsterdir? Və yaxud hansısa serialda həkim rüşvətxordur. Bu, təhqirdirmi, bütün həkimlərin rüşvətxor olması deməkdirmi?

Mən özünütənqidin möhtəşəm hiss olduğunu düşünürəm. Bunu hər adam bacarmır. İndi sual edirəm: bəyəm, Azərbaycan jurnalistikasında serialdakı obraza oxşar simalar yoxdurmu? Özünü jurnalist hesab edən şəxsən tanıdığım bir necə nəfər var ki, serialdakı şəxslə sanki bir almadır yarı bölmüsən. Media cameəsi güllük-gülüstanlıq deyil, burada hər kəs mələk ola bilməz. Biz cəmiyyətin bir parçasıyıq. Bütün sahələrdə olan problemlər, tiplər bizdə də var. Hər gün buna şahidik. O zaman nəyin davasını edirik?! Niyə özümüzü hər bir məsələyə münasibət bildirməyə borclu hesab edirik?! Bu qədərmi bekarçılıqdır?!

Nəhayət, illər əvvəl jurnalistikanın odunu söndürüb, külü ilə oynayanlar biz deyilikmi?!

Elnur Məmmədli
Yenisabah.az



Xəbər 631 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +