Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


29.05.2021  16:19 

Türkiyə PUA-larla yükdaşımaya hazırlaşır





A+  A-

Türkiyə mülki məqsədlərlə istifadə məqsədilə PUA-larla yükdaşıma fəaliyyəti üçün infrastruktur yaradır.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Mülki Aviasiya Baş İdarəsi bütün dünyada sürətlə inkişaf edən PUA-ların mülki məqsədlərlə istifadə üçün uyğunlaşdırılmasını həyata keçirir.

Bu model çərçivəsində Türkiyə mülki hava məkanının təsirli, təhlükəsiz və faydalı bir şəkildə istifadəsi hədəflənir.

Model hələlik sistemdə tanınan 50 min 170 PUA-nın icazəli hava dəhlizləri ilə və hava nəqliyyat vasitələrinə taxıla bilən modul vasitəsilə bütün hərəkətlərin mərkəzi olaraq izlənməsini nəzərdə tutur.

Bu sistemlə uçuş icazələrinin təsdiqlənməsi mexanizmlərinə ehtiyac duyulmadan rahat, eyni zamanda, yüksək təhlükəsizlik səviyyəli fəaliyyətlər təmin olunacaq.

Model daxilində PUA-ların şəhərlərarası əsas uçuş dəhlizləri, bununla yanaşı, şəhərdaxili münasib uçuş kanalları müəyyənləşdirilərək, bu xətlər üzərindəki hərəkətliliyi təmin edəcək idarəetmə infrastrukturu və qaydalar tətbiq olunacaq.

Xəbər 941 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +