“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


28.03.2019  18:23 

“2015- ci ildən ticarət mərkəzinə xəbərdarlıq etsək də...” - Nazir





A+  A-

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bu gün prezidentin “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı keçirdiyi müşavirədə çıxış edib.
XəzərNews.az xəbər verir ki, nazir çıxışında qeyd edib ki, hadisədən dərhal sonra operativ olaraq yanğınsöndürənlər hadisə yerinə yaxınlaşıb: “İlkin tədbirlər həyata keçirilib. Yanğının mənbəyi ticarət mərkəzindən kənarda yerləşən və qanunsuz inşa olunan dönərxanadan başlayıb. Baş vermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında əks olunub. Yanğının söndürülməsinə 35 yanğınsöndürən və 3 helikopter cəlb olunub.Ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyə qədər əməl olunmayıb.

Nazirlik tərəfindən 2015- ci ildən başlayaraq ticarət mərkəzinə və rayon icra hakimiyyətinə müvafiq müraciət olunmasına baxmayaraq burada yanğın və digər təhlükəsizlik tədbirləri görülməyib. Bu məqsədlə tələb olunan hidrantlar qoyulmayıb. Malların anbarda düzgün yerləşdirilməməsi və binanın alkopanla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub.

Hadisənin ətraf binaya keçməməsi üçün tədbirlər operativ görülüb. Hadisənin baş vermə səbəblərinin araşdırılması məqsədilə qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görüləcək. Əldə olunan ilkin materiallar komissiyaya təqdim ediləcək”.

Xəbər 669 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +