“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


06.12.2018  15:26 

Nazirlik Fəxrəddin Manafovla bağlı ciddi tapşırıq verdi





A+  A-

Mədəniyyət Nazirliyi xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından ayrılmasına münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov “Report”un sualına cavab olaraq deyib ki, F.Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrında yaradıcılıq fəaliyyətini dayandırması barədə mətbuatda yayılan bəyanatı Mədəniyyət Nazirliyi və nazirliyin rəhbərliyi üçün çox gözlənilməz olub.

Nazirlik rəsmisi qeyd edib ki, xalq artisti F.Manafov Azərbaycan mədəniyyətinin, incəsənətinin görkəmli simalarından biridir: “O, 40 ilə yaxın müddətdə kino sahəsində zəngin fəaliyyəti ilə bir çox filmlərdə yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb, ölkənin hüdudlarından kənarda da milli kino sənətimizi tanıdıb. Eyni zamanda, son illər Dövlət Rus Dram Teatrının səhnəsində geniş tamaşaçı marağına səbəb olan rollar oynayıb. Fəxrəddin Manafov yaradıcı fəaliyyəti ilə həmçinin, bir ziyalı, mədəniyyət xadimi kimi cəmiyyətdə hörmət və nüfuza malikdir”.

Şöbə müdiri vurğulayıb ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş verib: “Fəxrəddin Manafovun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq verilib. Hazırda teatrın rəhbərliyi bununla bağlı müvafiq iş aparır. Məsələ nazirliyin rəhbərliyinin diqqət və nəzarətindədir”.

İ.Hümbətovun sözlərinə görə, bu məsələ tezliklə tanınmış aktyorla teatr rəhbərliyi arasında dialoq və anlaşma şəraitində müsbət həllini tapacaq: “Azərbaycan sənətsevərləri xalq artisti Fəxrəddin Manafovu teatr səhnəsində yeni-yeni yaradıcılıq layihələrində görəcək və alqışlayacaq”.

Xəbər 1108 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +