“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


17.10.2017  09:34 

Kərkük taktikası Qarabağa tətbiq oluna bilərmi?





A+  A-

“Ermənilər kürdlərdən güclü deyillər. Əgər İraq ordusu ildırım sürətiylə Kərkükü döyüşsüz ələ keçirdisə və bununla itirilmiş imicini bərpa etdisə, Azərbaycan ordusunun da ən azı Ağdərəni və Sərsəng su anbarının ətrafını işğalçılardan təmizləməsi imkanı və gücü var”.
XəzərNews.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Kərkükdə dünən baş verən hadisələrlə Qarabağdakı vəziyyəti müqayisə edərkən bildirib. Politoloq deyib: “Mən inanmıram ki, Ermənistan ordusunda xidmət edənlərin sayı o qədərdir ki, separatçıların işğal altındakı yüzlərlə kilometr prerimetr boyunca müdafiə rerusları olsun. Bunu ona görə yazmıram ki, əlimzdə konkret plan olmadan hücuma keçək. Bunu ona görə yazıram ki, illərdir “Kərkük kürd şəhəridir” deyib tutan peşmərgə gücləri mərkəzi hakimiyyətin ordusu qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Bu ona görə baş verdi ki, əslində kürdlər Kərkükü özününkü saymayıblar, bəlkə də Ərbil uğrunda sonadək savaşarlar, ancaq Kərkük onların deyil. Necə ki, Ağdam, Şuşa, Kəlbəcər və digər işğal altındakı rayonlarımızın ermənilərə dəxli yoxdur. Deyərlər ki, bəs ermənilərin arxasında Rusiya dayanır və torpaqlarımızı azad etməyə imkan vermir və verməyəcək. Amma mən də deyərəm ki, kürdlərin də arxasında ABŞ və İsrail dayanırdı, ancaq bu güclər də Kərkükü “qoruya bilmədilər””.

Xəbər 8044 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +