“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


09.10.2017  11:58 

Daha bir dərs vəsaiti biabırçılığı üzə çıxdı - FOTO





A+  A-

Tarix dərsliyində Azərbaycanın "Böyük Ermənistan”ın tərkib hissəsində göstərilməsi biabırçılığının yaratdığı gərginlik aradan qalxmamış, bu sahədə daha bir neqativ hal aşkarlanıb.
XəzərNews.az BakuPost.az-a istinadən xəbər verir ki, ibtidai siniflər üçün nəzərdə tutulan dəftərlərin üstündə dahi Azərbaycan şairi Nizami Gəncəvi fars ədəbiyyatının nümayəndəsi kimi göstərilib. Məktəb və ofis ləvazimatlarının istehsalı və satışı ilə məşğul olan "Oyal” şirkəti tərəfindən təqdim olunan bu dəftərlər ölkənin demək olar ki, bütün məktəblərində istifadə olunur. Dəftərin üz qabığında Nizami Gəncəvinin fotosu verilib və onun haqqında olan qısa məlumatda aşağıdakı cümlələr qeyd olunub: "Əbu Məhəmməd ibn Yusif daha çox Nizami Gəncəvi ləqəbi ilə tanınır. Orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars epik ədəbiyyatının ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır”.

Məlum olduğu kimi dərs vəsaitlərinin çapı Təhsil Nazirliyinin nəzarəti ilə həyata keçirilir.

Qeyd edək ki, Nizami Gəncəvinin fars şairi, onun əsərlərinin fars ədəbiyyatının incisi kimi təqdim olunması həmişə böyük qalmaqala səbəb olub. İran dövləti birmənalı olaraq, onu fars ədəbiyyatının nümayəndəsi kimi təqdim edir. Lakin ədəbiyyatşünaslığa görə ədəbi əsərin milli olması üçün yalnız onun dili kifayət etmir. Hər bir əsəri milliləşdirən ruh, məna və məzmundur. Vaxtilə finlərin məşhur vətənpərvər şairləri əsərlərini İsveç dilində yazıblar. İrlandiya ədəbiyyatının müəyyən hissəsi ingilis dilində yazılıb. XVIII əsrdə fransız olmayan yazıçılar əsərlərini fransız dilində yazırdılar. Çünki bu, elm və ədəbiyyat dili idi. İslam şərqində isə bu dəyəri fars dili daşıyıb.



Xəbər 6090 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +