“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


01.07.2017  12:16 

Azərbaycanlı qızları İran üzərindən Dubaya daşıyırlar - Siğə məsələsi





A+  A-

Xəbər verdiyimiz kimi bu günlərdə ABŞ Dövlət Departamenti dünyada insan alverinə qarşı mübarizəyə dair növbəti illik hesabayını açıqlayıb.
Hesabatda Azərbaycanın müvafiq strukturlarının insan alverinin qarşısının alınması və insan alveri qurbanlarına yardım sahəsində irəliləyiş əldə etdikləri vurğulanmışdı. Lakin hesabatın İrana aid hissəsindən məlum olur ki, qonşu ölkədə bu sahədə vəziyyət daha ağırdır.

XəzərNews.az virtualaz.org-a istinadən xəbər verir ki, hesabatın İrana aid hissəsində yoxsul ailələrdən olan qadın və qızların ailələrinə dəstək üçün işləməyə can atması onları insan alverçilərinin qurbanlarına çevirir. Belələrini iş adı altında aldadaraq cinsi istismara məruz qoyurlar, xarici ölkələrə satırlar. Hesabata əsasən İranda 13-17 yaşlı qızlar seks-tacirlərinin daha çox marağını cəlb edir.

Bildirilir ki, İranda 13 yaşına qədər olan qızlar ev qulluqçuları kimi işlədilir, 13 yaşına çatanda isə insan alverçiləri onları cinsi istismar məqsədi ilə satırlar. Hesabatda göstərilir ki, son vaxtlar Dubayda fahişə kimi işləyən gənc iranlı qadınların sayı kəskin artıb, bu da İranda insan alveri sahəsində vəziyyətin pisləşməsi ilə izah oluna bilər.

Dövlət Departamenti habelə bildirir ki, qonşu ölkələrdən də qadınların seksual istismar məqsədi ilə iranlı insan alverçiləri tərəfindən cəlb edilməsi, onların İran üzərindən Fars körfəzinin başqa ölkələrinə satılması halları geniş yayılıb.

“Məlumatlara görə Tehranda, Təbrizdə, Astarada seksual istismar olunan yeniyetmə qızların sayı artmaqdadır. İranda siğə adlanan “müvəqqəti” və ya “qısamüddətli” nigahlar mövcuddur ki, bu “nigahın” müddəti bir saatdan bir həftəyə qədər davam edə bilir. Siğə kommersiya məqsədli seksual istismar üçün tətbiq olunur”-hesabatda deyilir.

Hesabata əsasən İranın Şiraz əyaləti insan alverçilərinin əsas mərkəzidir və Azərbaycandan olan qızlar bu vilayət üzərindən tranzit olaraq Birləşmiş Ərəb Əmirliklərinə kommersiya məqsədli seksual istismar üçün göndərilir.

Xəbər 4308 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +