Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


22.05.2017  12:41 

OPEC-in növbəti sammitinin nəticələri bazara fərqli təsir göstərə bilər





A+  A-

OPEC və ona üzv olmayan neft ölkələrinin mayın 24-25-də Vyanada (Avstriya) keçirəcəyi növbəti iclasının nəticələri neft bazarı üçün mühüm əhəmiyyət daşıyır.
Sammitin mümkün nəticələrinin bir neçə variantına uyğun olaraq neft qiymətlərinin gələcək trendi müəyyənləşəcək: "Sammitin nəticəsinin neft bazarı üçün ən müsbət varıantı hasilatının azaldılması ilə bağlı anlaşmanın 9 ay uzadılması ilə yanaşı hasilatın azaldılması kvotasının artırılması olacaq".
Qeyd edək ki, hazırda bu kvota 1,8 mln. barel/gün təşkil edir. Əgər sammitdə bu istiqamətdə bir qərar qəbul olunarsa, neftin qiyməti 60 dollar/barel səviyyəsini ötəcək. İkinci variantda isə hasilat cari kvota səviyyəsində qalmaq şərtilə 9 ay uzadıla bilər. Bu variantda neftin qiyməti 57-58 dollar/barelə qədər yüksəldikdən sonra azalmağa başlayacaq və 50 dollar/barelə qədər geriləyəcək. Çünki, bu halda ABŞ-dakı şist neft hasilatçıları gündəlik neft hasilatını artırmağa davam edəcək, bu da dünya neft bazarında təklifi artıracaq. Digər variantda anlaşma 6 ay və cari kvota həcmi sabit saxlanılmaqla uzadıla bilər. Bu variantda neft qiymətlərini 50 dollar/barel və ya daha aşağı səviyyəyə qədər azalma gözləyir. Sonuncu və ən pis variant isə tərəflərin razılığa gələ bilməməsidir ki, bu zaman neftin qiyməti 40 dollar/barel və ya daha aşağı enə bilər.
Sammitin yekun qərarı anlaşmanın cari kvota sabit qalmaq şərtilə 9 ay uzadılması olacaq. Nəticədə, neft qiymətləri bir qədər yüksəldikdən sonra geriləməyə başlayacaq və növbəti iclasa qədər 45-55 dollar/barel səviyyəsində qalacaq. Təbii ki, bu müddət ərzində ABŞ-da şist neft hasilatının həcmində dəyişikliklər yaxından izlənəcək. Əgər 50 dollar/barel səviyyəsi ABŞ hasilatçıları üçün uyğun səviyyə olarsa, o zaman neft qiymətləri növbəti illərdə bu səviyyədən aşağı düşəcək. Çünki OPEC və qeyri-üzv ölkələri öz bazar paylarını ABŞ şirkətlərinə güzəştə getmək istəməyəcək. Analitik qrup bildirir ki, növbəti iclasda razılaşmanın əldə olunmayağı ilə bağlı ehtimallar isə artıq bu gündən güclənməyə başlayıb. Aşağı neft qiymətləri hasilatçı ölkələri öz iqtisadiyyatlarını qorumaq və büdcə kəsirini örtmək üçün hasilatı artırmağa vadar edəcək.

(report.az)

Xəbər 7038 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +