Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


05.04.2023  17:14 

Ağlasığmaz və biabırçı işlər baş verir... - Azərbaycanda





A+  A-

Düzü, anlamaq olmur nə baş verir. O nəhənglikdə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi adi bir problemi həll etməkdə çətinlik çəkir. Hələ də cəmiyyətə ağlabatan bir açıqlama verilməyib. İş uzana-uzana gedir.

Nə baş verib:

1. Hansısa bir uşaq internat məktəbində - 3 saylı Uşaq Evində ərzaq problemlərilə bağlı məlumatı ictimailəşdirir.

2. Bundan sonra internat rəhbərliyi polisə müraciət edir və həmin uşaq 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilir.

3. Bundan sonra uşağın probleminin olmadığı, onun internat rəhbərliyi tərəfindən məqsədyönlü olaraq ora göndərilməsi haqqında məlumatlar yayılır və məsələ daha da böyüyür.

4. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə məsələni araşdırdığını bildirir, amma problem həllini tapmır, qurum ağlabatan bir məlumat açıqlamır.

5. Bundan sonra uşağın yaxınları həqiqətən uşağın problemli uşaq olduğunu bildirirlər.

6. Ən maraqlısı isə bundan sonra baş verir, adı çəkilən xəstəxananın baş həkimi uşağın heç bir psixi problemi olmadığını və uşağın internatın direktoru tərəfindən qəbul edilmədiyini bildirir.

7. Bundan dərhal sonra isə həmin baş həkim yaş həddi ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən işdən azad edilir.

Maraqlıdır ki, bu Uşaq Evinin direktorunun da 73 yaşı olduğu bildirilir.

Ağlasığmaz və biabırçı işlər baş verir.

Doğurdanmı səlahiyyətli qurum olan Dövlət Komitəsi, yerli icra qurumları, digər əlaqədar qurumlar adi bir problem qarşısında acizdirlər. Doğurdanmı adi bir Uşaq Evinin müdiri bütün səlahiyyətli qurumları pat vəziyyətində qoya bilər.

Hansısa bir ucqar kənddə deyil, paytaxtın mərkəzində, səlahiyyətli qurumların gözü qarşısında, uşaq hüquqları ilə məşğul olan yüzlərlə ictimai qurumların, sosial institutların bir addımlığında bu tip problemin öz həllini tapa bilməməsi çox düşündürücüdür və üzücüdür.

Səlahiyyətli qurumlar, qərar qəbul edənlər bu cür qeyri-insani rəftara, sayğısızlığa və açıq-aşkar qanunlara tüpürməyə bir qiymət verməlidir.

Cəmiyyət 3 saylı Uşaq Evi ətrafında baş verənlərdən çox narahatdır və səlahiyyətli qurumlardan əslində baş verənlərlə bağlı, günahkarlarla bağlı , ədalətin və hüququn bərpası ilə bağlı ağlabatan açıqlamalar gözləyir.

Osman Gündüz

Xəbər 745 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +