İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.01.2023  10:45 

Əli İnsanovun 40 kilo qızılı geri qaytarılır





A+  A-

Haqq və Ədalət Partiyasının (HƏP) sədri, keçmiş Səhiyyə naziri Əli İnsanovun mövqeyini dəyişərək qəfildən konstruktiv müxalifətə keçməsi müxtəlif mülahizələrin ortaya çıxmasına səbəb oldu.

Analitiklər bu siyasətin davamlı olacağını, HƏP-in tədricən radikal müxalif düşərgədən uzaqlaşacağını iddia etdilər.

Qocaman siyasətçinin sonrakı davranışları bu ehtimalları doğrultdu. Ə. İnsanovun ötən il noyabr ayının 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) Heydər Əliyev adına sarayda keçirilən 30 illik yubileyinə qatılması və tədbirlə bağlı jurnalistlərə isti mesajlar verməsi bunu təsdiqlədi. HƏP sədrinin ötən il dekabrın 12-də mərhum prezident Heydər Əliyevin Fəxri Xiyabanda keçirilən anım mərasiminə qatılmasından sonra onun hakimiyyət düşərgəsinə meyillənməsinə zərrə qədər də şübhə qalmadı.

14 illik ağır məhbəs həyatından sonra aktiv siyasətə atılan və radikal davranışları ilə seçilən keçmiş nazirin mövqeyindəki dəyişiklik nə ilə bağlıdır?

XəzərNews.az xəbər verir ki, “Yeni Sabah” Əli İnsanovun mövqeyindəki kəskin dəyişikliyin səbəbini öyrənə bilib. Siyasətçinin partiyadaşlarından biri saytımıza bildirib ki, hakimiyyət Ə. İnsanova vaz keçə bilməyəcəyi böyük vəd verib. Onun sözlərinə görə, konstruktiv müxalifətə keçməsi qarşılığında HƏP sədrinə məhkəmə yolu ilə müsadirə edilən əmlakının geri qaytarılması vəd edilib.

Mənbə deyib ki, siyasətçiyə qaytarılması nəzərdə tutulan əmlakın siyahısına 2005-ci ilin oktyabrında onun evindən götürülmüş, təxminən 40 kiloqram həcmində qızıl külçələr və Xızı rayonunun Qızılqazma kəndində 1 hektar ərazidə yerləşən bazar qiyməti 3 milyon manat olan dəbdəbəli villa da daxildir.

76 yaşlı siyasətçinin əmlakını geri almaq üçün yaxın günlərdə apelyasiya şikayəti verəcəyi gözlənilir.

Qeyd edək ki, MTN generalı Akif Çovdarov 5 illik məhbəs həyatından sonra bu yaxınlarda 30 milyonluq əmlakını geri qaytarmağa nail olub.

Xəbər 479 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +