Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


05.12.2021  22:32 

Azərbaycan ən geridə qalmış ölkələrlə eyni sırada - Beynəlxalq HESABAT





A+  A-

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının son hesabatında Azərbaycan və Türkiyənin adı, heç bir fundamental əsas olmadan, “Dövlət Departamentinin xüsusi nəzarəti altında olan siyahı”da təqdim olunub.

Afqanıstan, Əlcazair, Kuba, Misir, İndoneziya, İraq, Qazaxıstan, Malaziya, Nikaraqua və Özbəkistanla birlikdə...

Azərbaycanlılara məxsus dini abidələri darmadağın edən, məscidlərimizdə donuz və digər heyvanlar saxlayan, müsəlmanlara məxsus ziyarətgahları, qəbristanlıqları uçuran, təhqir edən Ermənistanın adı isə, yalnız hesabatın Azərbaycan və Türkiyə ilə bağlı hissəsində hallandırılır.

Qeyd edim ki, hesabatın müəlliflərindən biri olan komissar Conni Mur Azərbaycanın adının “Dövlət Departamentinin xüsusi nəzarəti altında olan siyahı”da təqdim olunmasına etirazını bildirib və hesabatda ətraflı xüsusi qeydlə çıxış edib.

Conni Mur öz qeydinə bildirib ki, Azərbaycanın adı heç bir halda bu siyahıda olmalı deyildi.

Sitat:
“Azərbaycan dünyada sünni və şiə ruhanilərinin birlikdə namaz qıldığı azsaylı ölkələrdən biridir. Burada bütün xristian məzhəblərinə hörmətlə yanaşılır, çiçəklənən yəhudi icması isə, bu müsəlman ölkəsində uzun illərdir ki, təhlükəsiz və azad şəkildə yaşadıqlarını bəyan edirlər. Azərbaycan əhalisinin əhəmiyyətli hissəsi şiə müsəlmanlardan ibarət olan İranın qonşuluğunda yerləşsə də, ölkə İsrail dövləti ilə artıq 30 ildir ki, isti, xoş münasibətdədir! Azərbaycan, hüquqi müstəvidə bütün postsovet çərçivələrinə baxmayaraq, qonşuları ilə (o cümlədən Ermənistanla – E.M.) müqayisədə dini azadlıqların genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Məni narahat edən məqam, Komissiyanın baxış bucağının Ermənistanla Azərbaycan arasında baş verən müharibəyə siyasi müdaxilə kimi qəbul oluna biləcəyidir. Bu iki ölkə arasındakı münaqişə dini yox, siyasi və coğrafi xarakter daşıyır”.

Komissar Conni Mur dinlərdən qarşıdurmanı deyil, dialoqu təbliğ etmək və davamlı sülhə nail olmaq üçün istifadənin daha doğru yanaşma olduğunu Beynəlxalq Din Azadlığı Komissiyasına və ABŞ Dövlət Departamentinə xatırlatmağı da unutmayıb.

Əslində komissar Conni Murun qeydi ilə tanışlıq hesabat barədə obyektiv nəticə çıxarmaq üçün yetərlidir və hesabatda yer alan bir sıra dedi-qodu xarakterli, faktlara söykənməyən iddiaların, o cümlədən Türkiyəyə qarşı ittihamların tamamilə qərəzli olduğunu ortaya qoyur.

Bu baxımdan, Komissiyanın bu dəfə öz “vəzifəsi”nin öhdəsindən gələ bilmədiyi qənaətindəyəm. Bir komissarın ədalətli mövqeyi, Komissiyasının bütün iddialarının üzərindən xətt çəkib.

Elçin Mirzəbəyli

Xəbər 1088 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +