İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.05.2021  11:16 

“Alpinist”in oğurluq etdiyi evlərdən biri Cəlal İsayevin olub - 158 min aparıb





A+  A-

Xəbər verdiyimiz kimi, dünən alpinist alətləri ilə binaların damından balkonlara düşərək evlərdən 2 milyonluq oğurluq edən şəxslər tutulub.
XəzərNews.az xəbər verir ki, Cavid Süleymanov və Əhməd Əhmədovun oğurluq etdiyi evlərdən biri Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayevə məxsus olub.

Onlar C.İsayevin evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb.

Cinayət hadisəsi 2019-cu ilin avqust ayında baş verib. C.Süleymanov 2016-cı ildə xarici ölkədə alpinist hazırlayan kurslarda iştirak edib. Əhməd Əhmədov isə binaların ətrafında dayanaraq gözətçilik edirmiş.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev ötən ilin noyabrında öz ərizəsi ilə vəzifəsindən azad olunub. O, Yoluxucu Xəstəliklər kafedrasının müdiri vəzifəsinə təyin olunub.

Xəbər 2115 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +