Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


26.10.2020  14:06 

“Yığılmışıq boğaza bu danışıqlardan”





A+  A-

“1992-ci ildə yaradılan Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddət sonra bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər”.
XəzərNews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, onlar bu məsələni faktiki olaraq inhisara götürdülər:

“Faktiki olaraq Minsk qrupu iflic vəziyyətə düşdü və 3 ölkə bu məsələ ilə məşğul olmağa başladı. Amma bunun bir nəticəsi oldumu? Olmadı, bizim üçün olmadı. Ermənistan üçün oldu. Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar. Bəs nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox. Təzyiq etmək istəyibmi? Yox.

Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım ki, məsələnin həllini görmək istəyirsizsə, Ermənistana sanksiyalar tətbiq edin. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə, bu ölkələrin nümayəndələri deyirlər ki, bu məsələdə onların fikirləri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Nətər olur, bütün başqa məsələlərdə, nüvə silahları ilə bağlı, Yaxın Şərqdə, Asiyada, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Dondurulmuş vəziyyət bizdən başqa hər kəsi qane edirdi, təbii ki, bu ölkələr arasında”.

Prezident əlavə edib ki, buna görə də Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz:

“Elə bil ki, bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də reallıqlarla hesablaşmalısınız. Biz yeni reallıq yaratmışıq, hər kəs yeni reallıqla hesablaşmalıdır! Amma biz nəyi görürük? Biz öz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda görün nələr baş verir. Nə qədər böyük təzyiq göstərirlər Azərbaycana. Hər tərəfdən əl-ayağa düşdülər. Bəs nə oldu, 28 il süründürə-süründürə bu məsələni həll edirdiniz? Gəlib-getmək, orada görüş, burada danışıqlar. Yığılmışdıq boğaza biz bu danışıqlardan. Nə qədər düşmənlə danışıqlar aparmaq olar? Düşmən harınlaşıb.

Deyirdilər ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir yoxdur? Bəs indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edirik. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz yeni reallıq yaratmışıq, hesablaşın! Ancaq nə görürürk, orada görüş, burada görüş. Atəşkəs belə oldu, atəşkəsi kim pozdu”.



Xəbər 2034 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +