İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.03.2020  16:21 

“İran koronavirus epidemiyasının pik həddini aşıb” - Ruhani





A+  A-

“İran koronavirus epidemiyasının pik həddini aşıb”.
XəzərNews.az-ın “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.

“Saylara görə, virusun pik həddini aşdıq, amma yenə də insanlara evdə qalmağı təklif edirəm və təcili vəziyyətdə bütün tibbi protokolları izləyin”, - deyə Ruhani koronavirusla mübarizədə operativ qərargahın iclasında çıxışı zamanı bildirib.

O, say deyərkən söhbətin virusa yoluxan, sağalan, yaxud da ölənlərdən gedib-getmədiyini açıqlamayıb.

Ruhaninin sözlərinə görə, 17 martdan etibarən Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları şəhərlərin giriş və çıxışlarında açılacaq xüsusi buraxılış məntəqələrində vətəndaşların sağlamlıq vəziyyətlərini yoxlayacaqlar.

Qeyd edək ki, ümumiyyətlə İranda 14 991 nəfər COVİD-19-a yoluxub. Onlardan 853-ü ölüb, 4 996 nəfər xəstəlikdən sağalıb.

Xəbər 1362 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +