Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


23.01.2020  11:43 

Bakıda kişi qadına 16 bıçaq zərbəsi vurub qaçdı





A+  A-

Bakıda kişi tanışı olan qadına 16 bıçaq zərbəsi vurub.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu ilə Xətai rayonu ərazisində birlikdə yemək yeyib spirtli içki qəbul ediblər.

Daha sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb. Mübahisə nəticəsində B. Adbullayev Z. Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 bıçaq zərbəsi vuraraq qəsdən öldürməyə cəhd edib. Ardınca isə B. Abdullayev T. Cəbrayılovu bıçaqlayıb hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində B. Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən öldürməyə cəhd) maddəsilə cinayət işi başlanılıb.

Xəbər 1018 dəfə oxunub.




15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq

13.05.2024  11:21 

Murad Muradov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +