İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.10.2019  13:45 

Xudiyev gülüş hədəfi oldu - VİDEO





A+  A-

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin mətbuatında gülüş hədəfinə çevrilib.
XəzərNews.az Missiya.Az-a istinadən xəbər verir ki, səfir A.Xudiyev Ukrayna tv-lərindən birinə verdiyi müsahibə zamanı biabırçı səhvlər buraxıb. Səfir Ukrayna ilə Azərbaycan arasında münasibətlərdən danışarkən əlaqələrin “hələ Kiyev Rus Dövləti zamanından” başlanğıc götürdüyünü və Azərbaycan məhsullarının Kiyev Rus Dövlətinə Volqa-Don kanalı vasitəsi ilə daşındığını deyib. Amma izah verməyib ki, həmin dövrdə olmayan bir kanal vasitəsi ilə mal daşımaq necə mümkün olub? Məsələ burasındadır ki, Kiyev Rus Dövləti eramızın 9-12-ci əsrlərində mövcud olub. Volqa-Don kanalı isə 1952-ci ildə tikilib. Görünür, səfirin tarixi bilikləri çox zəifdir.

Amma xətalar bununla bitmir. Azər Xudiyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrindən danışarkən səhvə yol verib. Ukrayna mətbuatı yazır ki, səfir müsahibəsi zamanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi barədə qəbul etdiyi qətnamələrin sayını səhv deyib. Belə ki, A.Xudiyev BMT-nin 5 qətnaməsi olduğunu vurğulayıb. Halbuki, qətnamələrin say 4-dür. Səfirin Azərbaycanla bağlı qəbul edilmiş strateji sənədlər barədə məlumatsız olması təəssüfləndirici haldır...

Bundan başqa, A.Xudiyev Azərbaycanda qaçqınların sayını da dəqiq deməyib. O, qaçqınların sayını 1 milyon 200 min kimi göstərib.

Nəhayət daha bir xəta səfirin Ukrayna ilə Azərbaycanın eyni şəkildə ərazi itkisi yaşamasından danışarkən qeydə alınıb. Onun ölkələrin ərazi bütövlüyünü problem kimi qeyd etməsi təəccüblə qarşılanıb: “Təəssüf ki, Ukrayna da ərazi bütövlüyü faciəsi ilə üzləşib”. İndi biz cənab səfirdən soruşuruq: Ölkələrin ərazi bütövlüyü nə vaxtdan problem hesab olunur? Problem, ərazi bütövlüyünün pozulmasıdır. Siz, Azərbaycanı təmsil edən bir diplomat kimi belə kobud səhvə yol verməməlisiz. Bir müsahibə ərzində buraxdığınız ciddi səhvlərə görə, Ukrayna mətbuatında gülüş hədəfinə çevrilmisiniz. Deməli, sizin timsalınızda təmsil etdiyiniz ölkəyə gülürlər...

Biz deyək, siz yadınızda saxlayın: Azərbaycandan, yəni Şirvanşahlar dövləti ilə Kiyev Rus Dövləti arasında ticari əlaqələr Bakı-Xarkov qatarı vasitəsi ilə həyata keçirilib.

Zarafat edirik, cənab səfir, o vaxt dəmir yolları hələ çəkilməmişdi...



Xəbər 1411 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +