İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.08.2019  09:07 

Smartfona görə anasını öldürən oğula 17 illik həbs





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə ittiham olunan Eldar Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
XəzərNews.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, prosesdə hökm oxunub. Hökmə görə, Eldar Müslümov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 18-də Nərimanov rayonu ərazisində baş verib. Mənzildə 66 yaşlı anası ilə mübahisə edən Eldar Müslümov münaqişə zamanı stulla Nailə Müslümovanın sinəsinə vurub. Başı divara dəyən qadın yerə yıxılıb.

Hadisədən sonra E.Müslümov mənzilin qapısını bağlayaraq qaçıb. O, bir sutka ərzində evdə gəlməyib. Ertəsi gün evlərinə qayıdıb. Anasının yaşadığını düşünərək təcili yardım çağırıb. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü təsdiq ediblər. Məlum olub ki, ana ilə oğul arasında münaqişə smartfon telefon üstündə düşüb. E.Müslümov smartfon telefon almaq üçün anasından pul istəyib. Anası isə pul verməkdən imtina edib. Qəzəblənən oğul anasına əl qaldırıb, ona hücum çəkib.

Məhkəmə prosesində E.Müslümov əməlindən peşman olduğunu, belə bir hadisə törətdiyini xatırlamadığını deyib. Onun epilepsiyadan və psixi pozuntulardan əziyyət çəkdiyi məlum olub.

Xəbər 625 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +