Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


27.05.2019  18:06 

Həmin gün Bakı metrosu gecə 4-ə qədər işləyəcək





A+  A-

Mayın 29-da Bakıda keçiriləcək Avroliqanın final oyununa görə Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək.
XəzərNews.az-ın məlumatına görə, “Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, final oyunu tam yekunlaşanadək stansiyalar gücləndirilmiş rejimdə çalışacaq: “Oyun 22:00-da başlayacaq gecə saatlarınadək davam edəcək. Amma bizdə qatarlar gecə saat 12-yə kimi işləyir. Bununla bağlı Təşkilat Komitəsinin müraciətinə əsasən stadiondan azarkeş axını bitənə qədər metropoliten işləyəcək. Oyundan əlavə vaxt ola bilər, penalti seriyası ola bilər, həmçinin mükafatlandırma mərasimi də nəzərə alınacaq. Buna görə qatarların hərəkəti gecə saat 4-ə qədər davam edəcək, bütün stansiyalara giriş bu saata qədər davam edəcək”.

Daşınmanın gedişatında zərurət yaranarsa, xəttə əlavə qatarlar da buraxılacaq: “Bakı Metropoliteni”nin filan oyunu ilə bağlı tədbirlər planı var. Bizim könüllülərimiz sərnişinlərə, turistlərə mütəmadi olaraq metrodan istifadə, kartların alınması, balansın artırılması prosedurları barədə məlumat verəcək”.

Xəbər 802 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +