İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


26.04.2019  19:24 

“Bizim Zelenskiyə ümidlərimiz böyükdür“ - UABD sədri





A+  A-

“Ukraynada bu ay baş tutmuş prezident seçkisinin ikinci turu hələ də dünyanın diqqət mərkəzindədir və təbii ki, fəallığına görə daim seçilən bu ölkədəki azərbaycanlılar da bu prosesdən kənarda qala bilməzdi. Ukraynalıların etimadını doğrultmayan hazırkı Prezident Petro Poroşenko həmçinin biz ölkə azərbaycanlılarının da etimadını doğrultmadı”.
Bu fikirləri Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov deyib.

O qeyd edib ki, onun rəhbərlik etdiyi təşkilat və bu təşkilatın çətiri altında əksər Ukrayna azərbaycanlıları prezident seçkisinin ikinci turunda qalib gəlmiş Vladimir Zelenskini dəstəkləyib: “Seçki prosesi zamanı çağırışlarımızda, bəyanatlarımızda biz öz mövqeyimizi əvvəldən ortaya qoymuşduq. Bunun da səbəbi digər ukraynalılar kimi, bizim də Petro Poroşenkonun yürütdüyü siyasətdən narazılığımız idi”.

Seçkinin nəticələrinin gözlənilən olduğunu deyən UABD sədri bildirib ki, nəticələr ilə onların proqonozu arasında cəmi 2 faiz fərq olub: “Bizim sosial şəbəkələrdə səhifələrimizdə də bu proqnozlar qeyd olunub. Elə gözlədiyimiz kimi, Poroşenko dərhal məğlubiyyətini etiraf etdi”.

“Sabiq Prezident Viktor Yanukoviçin dövründəki kimi, sifarişli həbslər, biznes monopoliyası, xalqın tələblərinin yerinə yetirilməməsi, orta sahibkarlığın sıxışdırılması, fərqli siyasi baxışları olan şəxslərə təzyiqlər və s. Poroşenkoya qarşı xalqın inamını itirdi. Onun hakimiyyəti vaxtında mənim özümə qarşı da təzyiqlər oldu. Amma tarixi vətənimiz Azərbaycanın, o cümlədən yaşadığımız Ukraynanın maraqları daim bizim üçün önəmli olduğu üçün biz bu təzyiqlərdən üzüağ çıxdıq”, - H.Cavadov vurğulayıb.

Diaspor rəhbəri bildirib ki, Zelenskinin xalqın etimadını qazanmasına “Xalqın xidmətçisi” serialında Prezident rolunda çıxış etməsi də kömək etdi: “Mən deyərdim ki, bu serial onun təbliğatının başlanğıcı oldu. O, xalqa "əsl prezident necə olur?" anlayışını öz peşəsi üzərindən həmin serialda göstərdi. Bizim Zelenskiyə ümidlərimiz böyükdür, onun qələbəsi bizi sevindirir. Yeri gəlmişkən, onun Azərbaycana xüsusi məhəbbəti var. Dəfələrlə Azərbaycanda olub, problemlərimizi kökündən bilir”.

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkisinin ikinci turu keçirilib və Vladimir Zelenski 73,22 faiz, fəaliyyətdə olan Prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıb. (report)

Xəbər 1504 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +