Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


05.02.2019  17:19 

Biləcəri bələdiyyəsində yoxlamaların nəticələri niyə gizlədilir?





A+  A-

Biləcəri qəsəbə bələdiyyəsinin sədri Hikmət Quliyevin vəzifədən azad olunmasında sonra qurumda aparılan yoxlamaların nəticələri ictimaiyyətə açıqlanmır.
XəzərNews.az-a daxil olan məlumata görə, Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzi tərəfindən aparılan yoxlamalar barədə heç kimə məlumat verilmir.
Qeyd edək ki, sabiq bələdiyyə sədri Hikmət Quliyevə qarşı səsləndirilən ittihmlardan bir neçəsi barədə mediada informasiyalar da yayılıb. 2018-ci ildə tutduğu vəzifədən azad edilən Hikmət Quliyevin bələdiyyəyə rəhbərlik etdiyi dövrdə yol verdiyi qanun pozuntularının ciddiliyi və cinayət tərkibli olduğu nəzərə alınaraq bələdiyyənin maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılır. Hazırda yoxlama başa çatıb və məlumata görə yoxlama nəticəsində bələdiyyədə külli miqdarda mənimsəmə, sənədlərin saxtalaşdırılması, maliyyə-bank sənədlərinin yoxlamadan yayındırılması, bələdiyyənin qarşı təşkilatlara yüz min manatlarla borcun yaranması, işçilərə əmək haqqının verilməməsi faktları və digər ciddi qanun pozuntuları aşkar edilib. Məlumatda o da deyilir ki, H.Quliyevin başqa qanunsuz əməllərinə görə də Bakı şəhər Prokurorluğunda araşdırılmalar aparılır.
Təəssüf ki, irəli sürülən ittihamlara münasibət bildirməsi üçün H.Quliyevlə bir neçə dəfə əlaqə saxlamağa çalışdıq. Lakin sabiq bələdiyyə sədri telefonlarımıza və unvanladığımız mesajlara cavab vermədi.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən XəzərNews.az-a verilən açıqlamada bildirildi ki, Hikmət Quliyev vəzifədən azad edildikdən sonra, Biləcəri bələdiyyəsində audit yoxlaması aparılmayıb.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətindən bildirdilər ki, bələdiyyələr seçkili qrumlar olduğu üçün bu qrumlarda aparılan yoxlama və.s əməliyyatlar barədə icra hakimiyyətində hər hansısa bir məlumat olmur: “Azərbaycan Respublikasının Konstitusiyasına görə Bələdiyyələr seçkili qrumlardır. Biləcəri bələdiyyəsi rayon ərazisində olduğu üçün bu bələdiyyə ilə müəyyən mənada əlaqələr var. Ancaq bələdiyyədə audit yoxlamalar aparılması və bu yoxlamaların nəticələri ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətində hər hansısa bir məlumat yoxdur”

Qeyd edək ki, sabiq bələdiyyə sədri Hikmət Quliyevin hazırda Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-də yeni vəzifəyə təyin olunduğu bildirilir. Haqqında yayılan ittihamlara H.Quliyevin cavab verməsini təmin etməsi üçün yəqin ki, yaxın zamanlarda kənd təsərrüfatı naziri İnam Kərimova müraciət edəcəyik.

Hikmət Quliyevə xatırladırıq ki, AR “KİV haqqında” Qanunun 8-ci maddəsində (Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ) KİV-in informasiya əldə edə biləcəyi qurumlardan biri də bələdiyyələr olduğu göstərilir: “İnformasiya almaq sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər. KİV-ə məlumat verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən AR qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir”.

Xəbər 1233 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +