İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.02.2018  12:15 

Prezidentdən seçkilərlə bağlı hökumətə TAPŞIRIQ





A+  A-

“Prezident İlham Əliyev seçkilərin şəffaf keçirilməsi üçün icra hakimiyyəti orqanları qarşısında ciddi vəzifələr qoyub”.
XəzərNews.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev Dairə Seçki Komissiyaları sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

O qeyd edib ki, seçkilərin keçirilməsində Prezident İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayır.

“Prezident icra hakimiyyəti orqanları qarşısında ciddi tələblər qoyub. Əvvəllər seçkilər keçirilərkən hansısa məntəqədə səsvermənin nəticələri ləğv olunurdu, müəyyən problemlər yaranırdı. Artıq bunlar keçmişdə qalıb. Seçkilərin keçirilməsi üçün əsas rol oynayan məsələ siyasi sabitlikdir. Sabitliyin əsasını xalq və xalq-iqtidar birliyi şərtləndirir. Azərbaycanda mühit dəyişib, artıq 15 il öncəki mühit deyil. Artıq inkişaf var”.

Z.Nağdəliyevin sözlərinə görə, həmişə, seçkiləri yüksək səviyyədə keçirməyə çalışırlar.

“Azərbaycan Prezidentinin siyasi iradəsi Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsinə təkan verib".

Xəbər 906 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +