Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


17.01.2018  19:45 

Məmmədyarov Fransaya çağırış etdi





A+  A-

Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikasına işgüzar səfəri çərçivəsində Fransanın Avropa və Xarici Işlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuenlə görüşüb.
XİN-in mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari səviyyəsindən məmnunluqlarını bildiriblər, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu qeyd ediblər.

2017-ci ilin sentyabr ayında yeni formalaşmış Fransa hökumətinin ilk üzvü kimi Azərbaycana rəsmi səfər etdiyini söyləyən fransalı dövlət katibi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü və səfərin nəticələrini yüksək qiymətləndirib.

Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin gedişi ilə bağlı ətraflı məlumat verib. O, 2018-ci ilin 18 yanvar tarixində Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri ilə görüşəcəyini bildirib.

E. Məmmədyarov Fransanın bir sıra şəhərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim ilə qanunsuz əlaqələr yaratması, qondarma rejimin təmsilçiləri kimi özünü təqdim edən şəxslərin Fransa ərazisinə daxil olması kimi faktların ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransanın mərkəzi hökuməti tərəfindən qarşısının alınmasının vacibliyini bildirib.

Azərbaycan və Fransa arasında iqtisadi-ticarət əlaqələrini nəzərdən keçirərək nazirlər enerji, nəqliyyat, metro, kosmik, sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini və 50-dən artıq Fransa şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayıblar.

Azərbaycan və Fransanın təhsil sahəsində sıx əməkdaşlıq etdiyini bildirən nazirlər Azərbaycanda fəaliyyət göstərən Birgə Azərbaycan-Fransız Universitetinin bu əməkdaşlığın parlaq göstəricisi olduğunu qeyd ediblər.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunan nazir E. Məmmədyarov ölkəmizlə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sənədi üzərində iş aparıldığını və əlaqələrin uğurla inkişaf etdiyini məmnuniyyətlə qeyd edib.

Görüşün sonunda nazirlərin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq haqqında çərçivə və dissertasiya və maliyyələşmə haqqında əməkdaşlıq sazişləri imzalanıb. Sazişlər AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Montpellier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn tərəfindən imzalanıb.

Xəbər 1048 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +