İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.01.2018  12:25 

Azərbaycanda “quş qripi“ təhlükəsi var? - RƏSMİ AÇIQLAMA





A+  A-

Quşçuluqla məşğul olan azərbaycanlı sahibkarlar ölkədəki stabil epizootik vəziyyətdən əmin ola bilərlər.
XəzərNews.az bildirir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Füzuli Quliyev deyib.

Onun sözlərinə görə, dövlət xidməti tərəfindən aparılan tədbirlərə əsasən tam əminliklə demək olar ki, Azərbaycanda epizootik vəziyyət stabildir və infeksion xəstəlik təhlükəsi mövcud deyil: "Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əsas məqsədi epizootik plana əsasən ölkədə infeksion xəstəliklərə qarşı profilaktika tədbirlərinin keçirilməsidir. Eyni zamanda xidmət müalicə tədbirləri həyata keçirir".

Laboratoriya direktoru əlavə edib ki, bu il dövlət xidməti ölkədə quş qripi infeksiyasının olub-olmaması ilə bağlı bir sıra monitorinqlər keçirib: "2017-ci ildə mövsümi tələblərə uyğun olaraq dörd monitorinq keçirmişik. Monitorinqlər nəticəsində 7 655 ev quşundan qan nümunələri götürülüb. Bundan başqa, vəhşi quşlar üzərində təhlillər aparılıb. Nəticələr göstərib ki, Azərbaycanda quş qripi mövcud deyil. Bu isə o deməkdir ki, quşçuluqla məşğul olan sahibkarlar ölkədəki stabil epizootik vəziyyətdən əmin ola bilərlər".

Xəbər 1164 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +