Məmurlar diaspora nazirlik kimi baxır - Emil Mirzəyev
İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...


28.03.2017  11:53 

Bu zolağa girən bəzi avtobuslar da cərimələnəcək - RƏSMİ





A+  A-

Bakıda avtobusların hərəkəti üçün xüsusi hərəkət zolaqları çəkilir.
Bu haqda XəzərNews.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib ki, ilkin olaraq 9 ünvanda bu cür zolaqların çəkilməsi nəzərdə tutulub:

“Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, Füzuli, M.Useynov, Ə.Rəcəbli, M.Əliyev və Y.Səfərov küçələrində avtobus zolaqları çəkiləcək. Artıq Fizuli və Yusif Səfərov küçələrində zolaqlar çəkilib, nişanlama aparılıb. Yola 5.9 nişanı (xüsusi avtobus zolağı) qoyulub. Bu o deməkdir ki, həmin yolda xidmət edən sərnişin avtobuslarından başqa, digər nəqliyyat vasitələrinin hərəkəti qadağandır. Qaydanı pozanlar isə 40 manat cərimə olunacaqlar”.

M.Ağayev bildirib ki, hazırda Bakının inzibati ərazisində araşdırma aparılır:
“Üç və daha artıq hərəkət zolağı olan küçə və prospektlərdə bu cür avtobuslar üçün xüsusi yol olacaq. Amma iki hərəkət istiqaməti olan küçələrdə bu cür zolaqların çəkilməsi məsləhət deyil. Onsuz da həmin ərazilərdə sıxlıq çoxdur və zolağın olması da əlavə gərginliyə səbəb olar”.

Cərimələrə gəldikdə, qurum rəsmisi qeyd edib ki, çəkilən zolaqdan yalnız həmin küçədən keçən marşrut xətləri istifadə edə bilər:

“Məsələn, “28 May” küçəsində hərəkət edən avtobus təsadüfən Yusif Səfərov küçəsinə giribsə belə, onun hərəkəti qadağandır və cərimə olunacaq. Həmin küçədə xidmət edən avtobus, hərəkətdə olarkən, habelə, dayanacağa girərkən zolaqda olan digər avtobusu keçə bilməz. Bu təyin olunmuş marşrut xəttinin pozulması deməkdir və keçdiyi halda 40 manat cərimə nəzərdə tutulub.
Bu zolaqda yalnız operativ nəqliyyat vasitələri - təcili yardım maşını, yanğınsöndürən maşın və polis istifadə edə bilər. Digər nəqliyyat vasitələrinin bu xətt boyunca hərəkəti qadağandır. Eyni zamanda, yalnız müəyyən olunmuş qırıq-qırıq cizgilər olan yerdə digər nəqliyyat vasitələri məhlələrə girib-çıxa bilərlər”.

Xəbər 953 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr

15.05.2024  09:27 

Bu yollarda tıxac var -SİYAHI

15.05.2024  09:15 

Ət niyə ucuzlaşmır? -Video

14.05.2024  21:58 

Sabah bu rayonda qaz olmiyacaq


BÜTÜN XƏBƏRLƏR +