“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?


05.04.2024  12:53 

Milli mənafe naminə iş görmək istəyənlər diaspor fəaliyyətindən niyə “soyuyub”?





A+  A-

Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların sosial-mədəni oriyentasiyası, milli və ictimai şüur səviyyəsi və maddi durumları arasında ciddi fərqlər var. Əsasən XX əsrdə baş vermis böyük ictimai-siyasi hadisələr nəticəsində yaranmış bir neçə mühacirət dalğası ilə təşəkkül tapmış Cənubi və Şimali Azərbaycan icmaları heç bir diasporda rastlaşmayan spesifik xüsusiyyətlərə malikdir. Bu spesifikliyin əsasında parçalanmış Vətənin ayrı-ayrı hissələrində 200 ilə yaxın bir müddətdə fərqli rejimlərin ideoloji və inzibati təzyiqləri və iqtisadi idarəçiliyin təsiri altında formalaşmış etnopsixoloji və fərdi xüsusiyyətlər dayanır.

Hamımız genetik azərbaycanlı mentalitetinin və ortaq dəyərlərin daşıyıcısı olsaq da, 200 il ərzində qeyd etdiyimiz amillərin təsiri ilə ciddi psixoloji, xarakter özünəməxsusluğunun formalaşdığını inkar etmək olmaz. Eyni zamanda, xarici ölkə cəmiyyətlərindəki şərtlərin də göstərdiyi təsir özünü sonda diaspor icmalarımızın fəaliyyətində bu və ya digər dərəcədə büruzə verir.

Beləliklə, Azərbaycan diasporu kifayət qədər böyük və mürəkkəb bir etno-siyasi və sosial-mədəni təsisatdır. Bura çox nüfuzlu, hətta dünyaca məşhur şəxsiyyətlərdən tutmuş savadsız işçi miqrantlara qədər ən müxtəlif təbəqə təmsilçiləri daxildir. Qeyd olunan bu ciddi fərqlilik xaricdə monolit, möhkəm dayaqları olan diaspor təsisatlarının formalaşmasına ciddi əngəldir.

Xaricdə Vətən naminə keçirilən tədbirlərdə güneyli və quzeyli soydaşlarımızı bir araya gətirmək çox çətin məsələyə çevrilib. Hansısa etiraz aksiyası, yürüş təşkil olunanda uzaqbaşı 15-20 nəfəri güclə toplamaq olur. Lakin ziyafətlər veriləndə az qala bütün ailə üzvləri ilə məclislərə qatılan soydaşlarımızı görməmək mümkün deyil. Təəssüf ki, neçə illərdir vəziyyət budur və dəyişmir.

Belə olan vəziyyətdə, fəalları toplamaq, koordinasiya etmək, düzgün yön vermək, bir sözlə, əsas vəzifə dövlətin müvafiq qurumlarının üzərinə düşür. Məhz bu vəziyyəti vaxtında görən və problemə dərindən bələd olan Ulu Öndər Heydər Əliyev də 2002-ci ilin 5 iyulunda Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini yaratmışdı ki, həmin müqəddəs və zəruri vəzifəni öz üzərinə götürsün. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, sözügedən qurumun yaranmasından 22 il ilə yaxın bir müddət keçsə də mövcud sahədə ciddi uğurlar qazandığımızı iddia edə bilmərik. Əlbəttə ki, Xocalı soyqırımının tanıdılması istiqamətində əldə olunanlar istisna olmaqla. Bu missiya isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” Beynəlxalq Kampaniyası və xaricdəki səfirliklərimizin hesabına uğur qazana bilib.

Böyük diaspor təşkilatlarımızın fəaliyyət göstərdiyini iddia etdiyimiz ölkələrdə belə, vəziyyət dəhşətli dərəcədə acınacaqlıdır. Əksər böyük şəhərlərdə diaspor təşkilatlarının fəaliyyəti üçün icarəyə götürülmüş obyektlərin qapısı bağlı saxlanılır - onların icarəsi üçün dövlət büdcəsindən havayı pullar xərclənir. Beləliklə, hər il bu adda çox böyük məbləğdə vəsait havaya sovrulur. Xaricdə tədbir keçirmək istəyənlər isə bir çox hallarda türkiyəli qardaşlarımızın məkanından şəxsi vəsaitləri hesabına istifadə etməli olurlar. Məsələn, Almaniyanın bir sıra iri şəhərlərində durum bu cürdür.

Son bir ayda müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla apardığımız söhbətlərin nəticələri bu iddianı ictimailəşdirməyimizə əsas verir. Belə ki, öz vəsaiti hesabına milli mənafelər naminə iş görmək istəyənlər bəzi məmurların təkəbbürlü davranışları nəticəsində bu fəaliyyətədən “soyuyub”, kobud ifadə etsək, “iyrəniblər”. Yenə misallara müraciət edək: təsəvvür edin, bir qrup azərbaycanlı tələbə Macarıstanda kasıb büdcələri ilə tədbir keçirmişdi, lakin səfirliyimiz dəstək vermədiyi bəs deyilmiş, tədbiri öz adına çıxmışdı... Yaxud ABŞ-dan ölkəmizə tədbirə gələn fəallara guya onların otel və təyyarə xərclərinin dövlət tərəfindən ödənildiyinə dair maliyyə sənədi imzalamaqlarını xahiş etmişdilər.

Əlbəttə, belə misallar saysız-hesabsızdır. Yeri gəldikcə, həmin şəxslərdən müsahibələr təşkil edərək ümummili problemlərimizi Diaspor.TV vasitəsilə dünya azərbaycanlılarına çatdıracağıq.

Diaspora.TV-nin
Analitik Qrupu


Xəbər 710 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib

29.04.2024  08:20 

Bu yollarda tıxac var -SİYAHI


BÜTÜN XƏBƏRLƏR +