İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


14.12.2023  11:39 

Paşinyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması reallaşacaq





A+  A-

Əgər əldə edilmiş razılaşmalardan əl çəkməsə, yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsinin imzalanması reallaşacaq.

Xəzərnews.azxəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 14-də dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə bildirib.

“Öz tərəfimdən qeyd etmək istəyirəm ki, Ermənistan bu sazişlərə sadiqliyini təsdiqləyir. Yeganə sual yaranır ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi nə vaxt imzalanacaq. Bu suala cavab vermək üçün bir neçə yanaşma var. Dünən çox mühüm hadisə, Ermənistanla Azərbaycan arasında əsir mübadiləsi baş verdiyi üçün mən pessimizmə səbəb olan faktlar üzərində dayanmaq istəməzdim. Dünənki hadisəni sıfır nöqtəsi kimi qiymətləndirmək istərdim. Bundan sonra biz heç olmasa səy göstərək ki, sonrakı xəbərlər sülh sazişinin imzalanması ehtimalının artmasına daha çox işarə etsin, əksinə deyil”, - Nikol Paşinyan vurğulayıb.


Xəbər 725 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +