İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


14.04.2023  20:55 

“Suraxanı icra hakimiyyətinə pul verib“ - Şikayət/Video





A+  A-

Bakının Suraxanı rayonu heç vaxt icra başçısı sarıdan yarımayıb. Rayona kim rəhbər təyin olunubsa, söküb-dağıdıb, satıb və yağmalayıb, qanunsuz tikintilərə meydan açıb, rüşvət alıb harda gəldi obyekt tikməyə şərait yaradıblar. Ona görə indi Suraxanıda barmaq qoymağa demək olar ki, yer qalmayıb deyə hazırki icra başçısı Əziz Əzizov da yaşayış binalarının qabağını satmağa keçib. Ə.Əzizov görüb ki, ona boş yerlər çatmayıb, sələfi İlqar Abbasov Suraxanını qarış -qarış peşkəş edib, indi o da binaların önünü pay-püş etməkdədir.

Heç kimə sirr deyil ki, bu gün hansısa daşı daşın üstünə qoymaq üçün gərək icra hakimiyyəti ilə dil tapasan, görüm-baxım edəsən. Yəni hansısa məmur deyəndə ki, onun xəbəri olmadan kimsə icazəsiz tikinti işləri aparıb, əmin olun gözünün içinə qədər ağ yalan danışır. Necə ki belə bir absurd yalanı Suraxanı icra başçısı Əziz Əzizov Yeni Günəşli qəsəbəsi AB massivində yaşayış binasının sakinlərinə danışmaqdadır. Burada hiyləsi isə sakinlərin "başı altına yastıq qoyub" onları aldatmaq, sakitləşdirmək və daha sonra qanunsuz tikintinin davam etməsinə şərait yaratmaqdır.



Sözügedən ünvanda binanın qarşısında özbaşına tikinti aparılıb. Buna özbaşına da demək olmaz, çünki sahibkar icra hakimiyyətinin rüşvətini verməsə icazəsiz qanunsuzluq edə bilməz. Belə desək, həmin binanın qabağında icazəli özbaşınalıq baş verməkdədir. Bu da icra başçısı Əziz Əzizovun sayəsində olub.

Bina sakinlərinin sözlərinə görə, üzüm, əncir ağaclarını kəsərək yerində qanunsuz tikintiyə cəhd göstərilmişdi. Nəticədə binanın önü hasarlanıb, oksigenin qarşısı kəsilmişdi. Sakinlər bir araya gələrək bununla bağlı narazılıq bildirmişdilər. Onlar mənzillərə hava gəlmədiyini, gün düşmədiyini qeyd edirdilər. Ümumiyyətlə, tikintinin hansı məqsədlə və kim tərəfindən aparıldığı da bildirilməyib, inşa işlərinə icazə sənədi belə təqdim olunmamışdı.

Bundan sonra sakinlər Suraxanı rayon icra hakimiyyətinə, onun başçısı Əziz Əzizova, prezidentə və Bakı meriyasına mətbuat vasitəsi ilə müraciət ediblər, qanunsuz tikintiyə son qoyulmasını bildiriblər. Onların müraciətindən sonra Suraxanı İH başçısı Əziz Əzizov əraziyə gələrək camaatı sakitləşdirmiş, belə bir sərəncam vermədiyini bildirmişdi.



İcra başçısı iddia edirdi ki, guya tikinti işləri şəhid bulağı adı ilə aparılıb, şəhid atası qabağa verilib və şəhid adından sui-istifadə edilib. Yəni şəhid bulağı tikilməsi nəzərdə tutulmayıb, bu addan istifadə edilib. Ona görə məsələ araşdırılıb və qanunsuz tikintiyə cəhdin qarşısı alınıb. Sakinlər də başçının bu sözlərindən sonra xeyli rahatlamış və arxayın olmuşdular ki, binanın qabağında tikinti dayandırılacaq, heç bir iş aparılmayacaq. Sonra sakinlər ərazidə ağaclar əkməyə və gələcəkdə park salmağa başladılar. Amma demə, Əziz Əzizov sakinlərə nağıl danışırmış və onları mürgülətmək niyyəti olub.

Belə ki, bu günlərdə yenidən yaşayış binasının qabağında həmin tikinti davam etdirilib, ağacları da kəsilərək atılıb, yerində iş gedib. Ərazini alan şəxs bildirib ki, bunun üçün Suraxanı icra hakimiyyətinə pul verib. Ya gərək onun pulu qaytarılsın, ya da işi axıra qədər görməlidir. Sakinlər tikintinin davam etməsinə görə toplaşaraq etirazlarını bildiriblər. Amma Suraxanı İH və başçısı onların şikayətinə məhəl qoymayıb. Daha sonra əraziyə polis əməkdaşları gəlib və sakinləri idarəyə aparıblar. Polis idarəsində isə onlardan şikayətçi olmadıqları barədə ərizə yazmaları tələb olunub, lakin vətəndaşlar imtina ediblər, bir neçə saat sonra şikayətçilər sərbəst buraxılıb. Görünür ki, Əziz Əzizov vətəndaşları qorxutmaq, onlara təzyiq göstərmək yolunu seçib. Halbuki, onlarla görüşərək söz vermişdi ki, bu tikintiyə icazə verməyəcək. Deməli, yalan danışıb və saxtakarlıq edirmiş.

İndi sakinlər bildirirlər ki, icra başçısından və bu qanunsuz tikintidən Prezidentə və I Vitse prezidentə şikayət edəcəklər. Onların sözlərinə görə, dövlət rəhbərliyi hər zaman məmurların yerlərdə özbaşına hərəkətlərinə, xüsusən də ağacların məhv edilib tikintiyə qurban verilməsinə həssas yanaşırlar. Sakinlər inanır ki, bu məsələyə ölkə başçısı müdaxilə edəcək./Anaxeber.info

Xəbər 562 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +