Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


27.03.2023  14:41 

“İran Azərbaycanla güc yolu ilə danışmaq istəyir” - Şərh





A+  A-

​Son zamanlar İranın Azərbaycana qarşı təxribatları artıb. Xüsusən də yanvarda Tehrandakı səfirliyimizə silahlı basqından sonra İran ölkəmizə qarşı təxribatçı fəaliyyətini gücləndirib.

İran sərhəd qoşunlarının komandanı general Əhməd Əli Qudərzinin Azərbaycanla sərhəddə gəlməsi və təhdid xarakterli açıqlamalr verməsi, SEPAH-ın quru qoşunlarının komandanı general Məhəmməd Pakpurun da İran-Ermənistan və İran-Azərbaycan birgə sərhəd bölgələrinə baş çəkməsi, eləcə də Azərbaycanla sərhəddə İran Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların növbəti manevrləri də buna əyani sübutdur.

Görünən odur ki, İran rejimi öz avantüralarını davam etdirir və bu zaman beynəlxalq hüququ pozmaqdan da çəkinmir. Təbii ki, bu, molla rejiminin Azərbaycana qarşı ilk hədə-qorxu dolu addımı deyil. Azərbaycan müstəqillik qazanmasından bu yana İran əlinə düşən hər fürsətdə ölkəmiz əleyhinə iş aparıb, təxribat xarakterli addımlar atıb, riyakar davranışlar nümayiş etdirib.

XəzərNews.az xəbər verir ki, məsələyə münasibət bildirən politoloq İlqar Vəlizadə Bakupost.az -a açıqlamasında deyib ki, İran tərəfi Azərbaycanla güc yolu ilə, təzyiqlə danışmaq istəyir. Bu da yolverilməzdir:

“İranın Azərbaycana qarşı məkrli mövqeyi və planları yeni deyil. Sadəcə olaraq, mühafizəkarların hakimiyyəti dövründə bu ritorika daha da güclənir. İranın sabiq mühafizəkar prezidenti Mahmud Əhmədinejadın hakimiyyəti dövründə geosiyasi şərait fərqli idi. Biz o zaman hələ torpaqlarımızı işğaldan azad etməmişdik, prioritetlərimiz də başqa idi. Ancaq indi vəziyyət dəyişib. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə regional gücə çevrilib. Rəsmi Bakı hərbi-siyasi gücünü daha da artırıb. Türk dövlətləri arasında əlaqələr güclənir, müttəfiqlərimiz çoxalır, yeni əməkdaşlıq formatları yaranır. Əlbəttə, İrandakı mövcud rejim bunu başa düşməlidir. Təəssüf ki, onlar reallığı görmürlər. İran xüsusilə daxildə gərginlik, qarşıdurma yaratmaq istəyir”.

Politoloq qeyd edib ki, İran təyyarələrinin sərhədimiz ətrafında uçuş keçirməsinə reaksiya verməsək, qarşı tərəf sərhəd pozuculuğunu genişləndirəcək:

"Bu da yolverilməzdir. Təsəvvür edin ki, İran Azərbaycan sərhədini keçib, ərazimizə soxulsa, nə baş verəcək? Sözsüz ki, bu çox geniş reaksiya doğuracaq. Azərbaycan təsirli cavab verməli olacaq. Bunun üçün bizim bütün imkanlarımız var”.


Xəbər 418 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +