Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


12.01.2023  21:38 

Erməni milyarderlər pul xərcləyir, bəs bizimkilər?





A+  A-

İndicə oxudum ki, azərbaycanlı bir milyarderin sərvəti 1,4 milyard imiş, 2022-ci ildə 1,7 milyard olub. Yəni 300 milyon artıb. Dua edək ki, daha çox olsun. Bir də, bu iş adamı soydaşımızın ömrü uzun olsun, ancaq həyat amansızdır, hələ heç kim 250 il yaşamayıb, bəlli bir ömür limiti var.

Məsələn, bu 300 milyonluq sərvətin ən azı 150 milyon dollarını xərcləsə, inanmıram həmin iş adamı bir tikə çörəyə möhtac qalar, kasıblayar, müflisləşər. Əlbət, bir qaragünlüyü yox deyil. Camaat 6-7 min manatla bütöv bir ili başa vurur yekə bir külfətlə.

İndi soruşacaqsınız ki, həmin iş adamı 2022-ci ildə qazandığı 300 milyon dolların tən yarısını (əslində, elə hamısını da olar) hara xərcləsin, yoldaş Mirzə Rəşad Bakuvi? Nəyə eyham vurursan bu ironiya ilə? Hə, burda dayanın, deyim.

Məsələn, Vətən və xalq təəssübkeşi çəkən iş adam, haqqında danışdığımız 150 milyon ABŞ dollarını düzgün proqram və layihələr əsasında, eyni zamanda tanınmış, nüfuzlu, peşəkar idarəçiləri də prosesə qoşmaqla, hesablı-dəftərli xərcləyib, Azərbaycan dövləti barədə, onun tarixi, dünəni və bu günü haqqında, o cümlədən xalqımızın milli-mənəvi dəyərləri, mədəniyyəti, mental-məişət həyatı, tolerantlığı, sülhpərvərliyi, elə gündəmi zəbt edən qayğıları və haqq sözü, fikri barədə, xüsusilə müxtəlif dillərdə bütün dünyada davamlı təbliğ edən Qlobal Media Holdinqlər, TV-radiolar, jurnallar, dərgilər, qəzetlər yarada bilərdi. Ölkəmizdə və ondan kənarda nə qədər ziyalı, aydın, fikir babası, siyasətçi, mədəniyyət xadimləri, demək olar, bütün sahələri əhatə edən qiymətli insanların bu TV-radiolarda, jurnallarda, dərgilərdə müsahibələri, məqalələri, fikirləri xarici dillərdə dünya ictimaiyyətinin geniş auditoriyalarına çıxarıla bilərdi. Ciddi maliyyə sərf edib həmin Qlobal Media Holdinqləri, TV-radioları, jurnalları, dərgiləri, qəzetləri dünya ölkələrinin siyasi və mədəni dairələrinin diqqət mərkəzinə gətirmək mümkün idi.

Özü də bunu, dünya ictimai-siyasi, sosial-mədəni, sosial-mənəvi fikrinin, rəyinin formalaşdığı, əmələ gəldiyi mühüm qlobal zonalarda - ABŞ, Avropa, Rusiya və Çində yaratmaq olardı. Ən önəmlisi, Dünya Azərbaycanlıları Fondu təsis edib, bu prosesə bütün azərbaycanlıları qoşmaq da mümkün idi.

Yerindən duran ermənilərin qlobal miqyasda çox güclü olan diasporalarından, qlabol siyasi mərkəzləri hərəkətə gətirən şəbəkələrindən danışır. Bunlar elə bilirsiz, sadəcə, insanların vətənpərvərlik, millətə və dövlətə sevgi duyğuları əsasında baş verir?!

Xeyr və xeyr!

Məsələ burasındadır ki, son 200 ildir ermənilərin orta və yüksək, daha yüksək pul qazanan insanları - kişiləri (qismən də qadınları) erməni xalqı, onun saxta da olsa tarixi, dünəni, bu günü, sabahı barədə, erməniliyin dünyadakı yeri, inkişafı mövzularında baş verən bütün siyasi, ictimai-siyasi, mədəni proseslərə, hadisələrə, təsisatlara, quruluşlara, layihələrə milyardlarla pul xərcləyirlər. Özu də bunu o qədər şövqlə, həvəslə xərcləyirlər ki, nəticəsini də artıqlaması ilə ala bilirlər.

Bunu erməni Kilsəsi təşkil edir ya yox, fərq etməz, hər bir erməni başa düşür ki, o, bu dünyada erməniliyin yaşaması, ayaqda qalması üçün öz gəlirinin hansısa bir hissəsini bu yolda, bu istiqamətdə xərcləməlidir.

Təbii ki, erməni iş adamları bu mənada daha fəal və daha ürəklidirlər. Planetin o hissəsi yoxdur ki, ermənilərin maliyyələşdirdiyi TV, radio, jurnal, dərgi, qəzet, ictimai-siyasi, mədəni təşkilatlar, qurumlar olmasın. Hamısının da işini elə qurublar ki, istər-istəməz mövcud olduqları ölkənin elitası, siyasi cameəsi, mədəni cameəsi, mediası ilə dail sıx əlaqədədirlər.

Bu barədə çox danışmaq olar, çox söz demək olar.

Məsələ burasındadır ki, Quzeyli-Güneyli dünyada sayımız ermənilərdən də üç dəfə artıqdır, imkanlı, pullu-paralı iş adamlarımız da ermənilərdən çox olmasa da, az da deyil. Təkcə Azərbaycanda 50 adamı adamı mən sayaram. Dünyada isə daha çoxdur.

Məsələ, ölkə, vətən, dövlət, xalq üçün pul xərcləməyə ürəyin, cəsarətin, mərdliyin, kişiliyin olub-olmamasındadır. Müəyyən istisna halları nəzərə almasaq, təəssüf ki, bizdə çatışmayan, bax, budur - ictimai-siyasi, mədəni layihələrə pul-para xərcləyən kişilərimizin ya azlığı, ya da yoxluğu!

Mirzə Rəşad Bakuvi
AY Partiya Başqan müavini


Xəbər 773 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +