Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


12.01.2023  19:26 

Masallıda şəhid Sənan Seyfullayevin xatirəsi anılıb





A+  A-

Masallı rayonunun Ərkivan qəsəbəsində Vətən müharibəsi şəhidi Sənan Seyfullayevin anım mərasimi keçirilib.

XəzərNews.az xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon rəsmiləri, şəhid ailələrinin üzvləri, qazilər, qəsəbə sakinləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun göstərdiyi şücaətdən, Azərbaycanımızın bütövlüyü naminə əsgər və zabitlərimizin qəhrəmanlığından, o cümlədən Masallı döyüşçülərinin göstərdiyi fədakarlıq nümunəsindən danışıb.

Şəhidlərin əziz xatirələrinin qəlblərdə əbədi yaşayacağını vurğulayan rayon rəhbəri bildirib ki, sinələrini düşmən gülləsinə sipər edən Sənan kimi cəsur övladlarımız nəinki bizimçün, valideynləri üçün, hətta gələcək nəsillər üçün qürur mənbəyidir.

Anım mərasiminə qatılan rayon rəsmiləri və digər təşkilat nümayəndələri şəhidin ailə üzvlərinə səbr diləyib, qayğıları ilə maraqlanıblar.

Şəhidin atası Mətləb Seyfullayev ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını ifadə edib.
Şəhidin anım mərasimi münasibətilə ehsan verilib, ruhuna dualar oxunub.

Şəhidin məzarı ziyarət edilərək üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Məlumat üçün bildirək ki, Sənan Mətləb oğlu Seyfullayev 26 sentyabr 1998-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində (Göllü küçəsində) anadan olub. 2015-ci ildə Cəfər Cabbarlı adına qəsəbə 1 nömrəli tam orta məktəbini bitirib. 2016-cı ilin oktyabr ayıında müddətli hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin “N”saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub.

27 sentyabr 2020-ci il tarixdən, Vətən müharibəsinin ilk günündən digər qəhraman oğullarımız kimi Sənan da vətən torpağını düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanıb. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində böyük şücaət göstərib.

30 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsində qəhrəmanlıqla şəhid olub. 71 gün itkin kimi axtarılan Sənan, 10 yanvar 2021-ci il tarixində şəhid olaraq tapılıb.

Yanvarın 12-də Masallı rayonu igid oğlunu qarşılayıb izdihamla son mənzilə yola salıb. Azərbaycan Ordusunun əsgəri Sənan Seyfullayevin nəşi doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb.

Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən əsgər Sənan Mətləb oğlu Seyfullayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Akif AĞAYEV
XəzərNews.az






Xəbər 637 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +