Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər


04.01.2023  14:32 

ABŞ analitklərinin postputin dövrü üçün tövsiyəsi: Türk Dövlətləri Təşkilatı ilə əlaqələrə üstünlük verilməlidir





A+  A-

Rusiyanın Ukrayna müharibəsindən zəifləməsi, tədricən Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiyadan çəkilməsi, yaranan geosiyasi boşluğun doldurulması zərurəti indi İran, Çin, İsrail, hətta Bəsrə Körfəz ölkələrinə məxsus analitik nəşrlərdə geniş müzakirə olunur. ABŞ Hudson İnstitunun analitikləri də bu müzakirələrə qoşulublar. Onlar Rusiyanın 2023-cü ildə kollapsını proznozlaşdırır, bunu Sovet İttifaqının tam dağılması adlandırır və Vaşinqtonun bu prosesə hazır olması üçün tövsiyələr təqdim edirlər. Bilavasitə Azərbaycanla da bağlı olduğu üçün proqnoz və tövsiyələrin qısa xülasəsini təqdim edirik.

Hudson analtiklərinin rəyinə görə, 1989-cu ildə Berlin divarının sökülməsi və 1991-ci ildə Mixail Qorbaçovun Sovet İttifaqının prezidentliyindən istefa verməsi SSRİ-nin süqutunun yalnız başlanğıcı oldu, lakin onun son süqutu deyildi. SSRİ-nin parçalanması bu günə qədər davam edir. İki çeçen müharibəsi, 2008-ci ildə Rusiyanın Gürcüstanı işğalı, 2014-cü ildə Krımın ilhaqı, Qırğızıstanla Tacikistan arasında davamlı sərhəd atışmaları və Ermənistanla Azərbaycan arasında 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi SSRİ-nin süqutunun başa çatmadığı sübut edən nümunələrdən yalnız bir neçəsidir.

Ancaq prosesin son olmasa da, əsas epizodu 2022-ci ilin fevralında Rusiya qoşunlarının Ukraynaya daxil olmasıdır. Analitiklərə görə, Ukraynada döyüşlərin nə vaxt bitəcəyi hələ məlum deyil, lakin çox güman ki, bu, indiki formada Rusiya Federasiyasının (Sovet İttifaqının varisi) dağılması demək olacaq.

Qeyd edilir ki, Rusiyanın dağılmasından sonra ABŞ öz maraqlarına xidmət edən hədəflər güdməlidir:

- Rusiyanın demokratik və liberal iqtisadi inkişafına realist yanaşmaq, 90-cı illərdə olduğu kimi sürətli dəyişiklik ümidilə öz resurlarını boşuna sərf etməməlidir;

- Rusiya indiki beynəlxalq birlik tərəfindən tanınan sərhədlər daxilində qorunub saxlanmalı, qiyam, inqilab və vətəndaş müharibəsi ehtimalı önlənməlidir;

- Rusiyanını kütləvi qırğın silahları cəbbəxanasının, 6 min nüvə başlıqlı raket, kimyəvi və bioloji silaha malik olması nəzərə alınmalıdır;

- Sabitliyi təmin edən faktor kimi Avroatlantik inteqrasiya dərinləşdirilməlidir. Rusiya dağılanda Moskvanın zəifliyindən istifadə edib, NATO və Aİ-yə üzv olmaq istəyən namizədlər öz orbitinə alınmalıdır . NATO və Aİ üvzlüyü məqsəduyğun olmadıqda ABŞ ikitərəfli əlaqələrə, GUAM və Türk Dövlətləri Təşkilatı kimi təşkilatlar vasitəsilə çoxtərəfli əlaqələrə üstünlük verməlidir;

- İlk fürsətdəcə Ukraynadakı vəhşiliklərdə təqsirli olan bütün rusiyalı məmurları məsuliyyətə cəlb etmək. Rusiya daxilindəki xaos bu şəxsləri məsuliyyətə cəlb etməyə imkan verərdi.

Siyasətçilərin hazırlıqlı olması üçün Putinsonrası Rusiyanın nə gözlədiyi haqda ehtimal və tövsiyələr də sıralanır:

- Rusiyanın dağılması davam edəcəcək. De- fakto və ya de-yure parçalanma Rusiyanın geosiyasi amil kimi sıradan çıxaracaq;

- Amma nəzərə alınmalıdır ki, parçalanma Estoniyanın SSRİ-dən qopması kimi (1991)dinc yox, Çeçenistanın ayrılma cəhdi(1994) kimi qanlı münaqişə ilə baş verəcək;

- Rusiyanın bəzi bölgələrində çoxlu işsiz müharibə veteranı olacaq. Ukraynadakı rus əsgərlərinin əsas hissəsi Rusiya bir neçə bölgəsindən gəlir. Etnik azlıqlardan olan minlərlə gənc Ukraynada döyüş təcrübəsi qazanacaq və iqtisadi və sosial gələcəyi az olan öz regionlarına qayıdacaq. Bu bölgələrin çoxunun müstəqillik və ya üsyan tarixi var. Bu, daxili qarşıdurmaların ehtimalını artıracaq;

- Çin və Türkiyə Avrasiyadakı güc boşluğunu doldurmağa çalışacaq, Moskvanın ənənəvi olaraq böyük təsirə malik olduğu Mərkəzi Asiya və Qafqazda nüfuz uğrunda yarışacaq. Uzaq Şərqdə də rəqabət güclənə bilər;

- Vaqnerçilər, kadırovçular kimi silahlı qruplaşmalar putinsonrası Rusiyada xüsusi rol oynayacaq;

- Putini rus Tomas Cefferson əvəzləməyəcək. Onun birbaşa varisi də özü kimi millətçi və avtokrat olacaq. Qərb siyasətçilərinin qonşuları ilə sülh və daxildə islahatlar istəyən “mötədil” rus lideri gəlişinə artıq ümidləri yoxdur;

- Milli respublikaların bir çoxunda, zəif də olsa, azadlıq hərəkatları var, Rusiya parçalandıqda onların bəziləri müstəqilliklərini elan edəcəklər. Prosesə hazır olmaq, necə davranmalı olduğunu müəyyən etmək lazımdır;

- Dnestraynı, Krım, Cənubi Osetiya, Abxaziya kimi işğaldan azad ediləcək regionların bərpası haqda düşünmək, müttəfiqlərinə öz ərazi bütövlüyün bərpa etməyə kömək etmək lazımdır:

- Rusiya dağılarsa, bu onun Afrika və Asiyadakı satellitlərinə də təsir edəcək. ABŞ və müttəfiqləri Rusiya nüfuzunun zəiflədiyi yerlərdə güclənmək üçün strategiya işləməlidirlər.

Təqdim edilən proqnoz və tövsiyələr yüzə yüz reallaşmaya və ya “yol xəritəsi” kimi qəbul olunmaya bilər. Amma burda birbaşa Azərbaycanın mənsub olduğu postsovet məkanının, Cənubi Qafqazın və Yaxın Şərqin geosiyasi baxımdan yenidən formatlanması haqda baxış təqdim olunur. Azərbaycanın da daxil olduğu Türk Dövlətləri Təşkilatının və GUAM-ın rolunun gücləndirilməsi, Avropa İttifaqı və NATO ilə bu və ya digər əməkdaşlıq formatında olan ölkələrin (dolayısı ilə həm də Azərbaycanın) üzvlüyünün sürətləndirilməsi imkanları araşdırılır. Görünür, yaxın zamanlarda bu istiqamətdə diplomatik fəallığın –ilk vaxtlar pərdəarxası olsa da, artmasının şahidi olacağıq.

Cəmaləddin Quliyev

Xəbər 528 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +