Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


29.11.2022  17:00 

ŞƏHİD apardı - Hekayə





A+  A-

Yaz günəşi saçaqlarını yenidən gözəlliyə bürünən dağların, təpələrin qoynuna sığınan və vadilər boyu səpələnən kəndlərin üzərinə sərmişdi. Topuğa qədər qalxan zərif, tər alyaşıl otlar məxmər kimiydi. Üstünə uzanan kimi incik halda yastılanırdılar. Rza evlərinin yuxarısnda, təpənin başında dayanmışdı. Hər yan sanki onun boyu bərabərindəydi, hər tərəf ondan aşağıdaydı. Uzaqlardakı uca dağlar olmasaydı qışqırsaydı sanki səsi dəyib qayıtmadan sonsuzluğa qədər gedəcək, gedəcəkdi.

Elə xoş bir hava var idi ki, ciyər dolusu nəfəs aldıqca insan rahatlaşırdı. Sola baxırdın qonşu rayonun kəndlərinin, ətrafa baxırdın doğma kəndlərin divarları ağ, adətən üstü qırmızı rəngli evləri təbiətin nəhəng göbələklərinə bənzəyirdi.

Hər şey gözəldi, yan-yörədən gələn yaz çiçəklərinin rayihəsi xoş ovqat yaradırdı. Bəs niyə Rza azad deyildi, içini çulğayan narahatçılığın səbəbi nəydi?

Bəlkə bir-neçə aydan sonra müstəqil həyata qədəm qoymağın qorxusuydu canına çökən?

Yox! Rza işdən, zəhmətdən qorxmurdu. Son illər çörək dalınca daş karxanalarına üz tutan atasını evdə layiqincə çoxdan əvəz edə bilirdi. Ona bu gözəlliyi dar edən bayaqdan gizlincə izlədiyi, aşağıdakı evlərinin arxasında ipək kimi yumşaq, uzun, qumral saçlarını xəfif yaz küləyinin ixtiyarına buraxaraq bəxtəvərcəsinə gəzişən Kəmalə idi.

Sevirdi onu, həm də dəlicəsinə. Di gəl ki, ürəyini açmağa cürət etmirdi. Kəmalə nəinki siniflərinin, məktəblərinin ən savadlı şagirdi idi. Bütün tədbirlərin yaraşığı, müəllimlərin dilinin əzbəriydi. Yarışların, olimpiadaların qalibiydi. Rza isə nə qədər çalışsa da yaxşı oxuya bilmirdi. Bu azmış kimi ədəbiuyyat müəllimi olan əmisi şeiri tam əzbərləməyəndə "Boyuna-buxununa bax, qonşun Kəmaləyə bax" deyə onu lap dəli edirdi.

Rza yaşıdlarına görə boylu-buxunlu idi, idmançı görkəmi vardı, simaca da gözəldi. Di gəl ki, oxumaqda Kəmalədən geri qalması və... kasıb olmaları, atasının daş karxanalarına daş atmağa getməsi məhəbbətini açmağa mane olur, istəyini daxilində gizlətməyə vadar edirdi.

Dərslər yekunlaşdı. Bu ərəfələr kəndlərdə uşağı ali məktəbə sənəd verməyənlər üçün də maraqlı dövr olurdu. Görəsən kimin uşağı qəbul olacaq? Hamının gözlədiyi kimi Kəmalə ən yüksək bal topladı və universitetin hüquq fakültəsinə qəbul olundu. Həm də hara, hüquq fakültəsinə! Bu xəbər Rzanı sevgisini həmişəlik ürəyində dəfn etməyə məcbur etdi.

Sentyabrda Kəmalə Bakıya, ondan bir ay sonra isə Rza hərbi xidmətə yola düşdü.

Əsgəriliyə yola düşməsi ilə əlaqədar evlərində təşkil olunmuş tədbirdə Rza çox fikirli idi. Üstünə çox getmirdilər. Bunu onun evdə ayrılması ilə əlaqələndirirdilər.

Səhəri gün yola düşməmişdən o bacısını kənara çəkdi:

"Bacı, sənə bir söz deyəcəyəm, xahiş edirəm bunu Kəmalə kəndə gələndə ona çatdır"-deyə gözlərini yerə dikdi.

Bacısı qardaşını qucaqladı: "De, canım qurban, ay şeytan, olmaya sevirsən qızı?"

Rza sanki üstündən ağır bir yükü yerə tullayırmış kimi, "Hə, bacı, bunu ona çatdırarsan, bilirəm, yox deyəcək, amma qoy bilsin" deyə dərindən ah çəkdi.

"Deyərəm, canım qurban, hələ bir minnəti olsun" deyə bacısı qürurla qardaşını süzdü, "Uca boyuna, yaraşığına qurban olsun bacısı", deyə Rzanı köksünə sıxdı.

Rza hər dəfə bacısı ilə danışanda ona tapşırdığı işi soruşurdu. Bacısı da "qaqaş, vallah, hələ qız gəlməyib, yəqin qış tətilinə gələr, onda da narahat olma çatdıraram" deyirdi. Bir gün məlum oldu ki, Kəmalənin şəhərdə yaşayan qohum bir oğlana "həri"sini veriblər.

Bir-neçə gün keçəndən sonra isə qonum-qonşunu qızın xınayaxtısına dəvət etdilər. Rzanın bacısı Şəmsiyyə də getmişdi. Onun gözü Kəmalədəydi, qızın əhvalı yaxşıydı. Görünür öz razılığı ilə bu iş tutulmuşdu. Şəmsiyyə burada necə iştirak edirdi, necə davam gətirirdi, bircə özü bilirdi. Axı o qardaşının sifarişini çatdıra bilməmişdi.

Nəhayət evə qayıtmaq istəyəndə o Kəmaləyə yaxınlaşıb qonşu kimi təbrik etmək istədi. Kəmalə onun getmək istədiyini biləndə onun qoluna girib həyətlərinin başına qədər ötürdü. Şəmsiyyə Kəmaləni köksünə sıxdı. Bilmədi necə ağzından çıxdı: "Allah səni xoşbəxt eləsin Kəmalə, ancaq səni Rza da istəyirdi".

Kəmalə sanki diksindi, qollarından tutub Şəmsiyyəni bir qədər özündən uzaqlaşdırdı, düz gözlərinin içinə baxdı: "Necə? Rza məni sevirdi? Bəs bunu niyə mənə demədi?"

Şəmsiyyə tutuldu, "Əsgəri gedəndə mənə dedi ki, sənə deyim, mən də səni görə bilmədim, birdən də eşitdim ki, səni veriblər", - deyə Şəmsiyyə göz yaşlarına hakim ola bilmədi. O başını qaldıranda Kəmalənin də ağladığını gördü. "Olmaya sən də..." deməyə Kəmalə imkan vermədi, o bir az da ucadan, "Hə də, mən də Rzadan xoşlanırdım, həm də neçə illər əvvəldən, amma ha gözlədim bir söz demədi axı?" dedi və sonra da qəti şəkildə uzun donunu əllərində çırmayıb Şəmsiyyədən ayrıldı və toyxanaya yox, düz evlərinə getdi. Səhər hamı danışırdı ki, Kəmalə toyxanaya girməyib, "Başım ağrıyır" deyə evdən qırağa çıxmayıb.

Kəmaləni nə qədər məcbur etsələr də oğlan toyunun olmasına razı sala bilmədilər, "Mən hələ oxuyuram, ən azından 2-ci kursu bitirməliyəm" deyə kəsdirib durdu.

Bu arada Rzanın hündür boyunu və cəsurluğunu görüb onu xüsusi təyinatlılara qəbul etdilər. Ağır təlimlərdən sonra onun idmançı görkəmi alan bədəninə hərbi geyim xüsusi yaraşıq verirdi.

Kəmalə 2-ci kursun dərslərinə başlayanda Rzanın da xidmətindən bir il ötməyə az qalırdı.

Sentyabrın 27-də müharibə başladı. Hamı demək olar ki, televizorun ekranından və telefonlardan asılı qalmışdı. Ordumuzun sürətli və müvəffəqiyyətli irəliləyişi ilə bərabər şəhidlərimizdən də xəbərlər gəlirdi. Ağrılı-acılı günlər idi. Hamı demək olar ki, səfərbər olmuşdu.

Böyük fasilədə Kəmalə qızlarla bərabər universitetin yeməkxanasına düşdü. Yer tapıb əyləşən kimi telefonunu açıb müharibə xəbərlərini izləməyə başladı və birdən sanki tufan qopdu, pəncərələrin nəhəng şüşələri teatrın məxmər pərdələri kimi qırçınlandı, yığıldı, yığıldı və birdən çilikləndi. Çiliklənmiş şüşələr suya çevrildi, axıb onun topuqlarına qədər qalxdı, elə bu zaman tavan yerindən qopub sürətlə aşaqğı gəlməyə başladı, Kəmalə başını qucaqlayıb dəhşətdən qışqırdı...

Xəstəxanda reanimasiya kabinetinin qapısında gözləyən tələbə yoldaşlarına bayıra çıxan həkim maraqla pıçıldadı: "Bu qızın Rza adında kimi var? Deyəsən şəhid olub. Ancaq onun adını sayıqlayır".

Kəmalə o gündən dərsə gəlmədi.

Soyuq bir oktyabr günü idi. Axşamüstü olduğundan hava daha da bozarmışdı. Dənizə doğru uzanan estakadanın üstü demək olar ki, bom-boş idi. Yalnız yüngül paltosuna bürünmüş bir qız xəyal kimi estakadanın başına doğru irəliləyirdi. Onun uzun, yumşaq xurmayı saçlarını külək dağıdır, sifətinə dolayır, qız isə heç nəyin fərqinə varmadan addımlarını atırdı. Diqqətlə izləyən olsaydı, onun niyyətini bəlkə də başa düşmək olardı.

Çünki bu gediş gilyotin kötüyünün üstünə gedən günahsız məhbusun gedişinə bənzəyirdi. Qız estakadanın baş tərəfinə çatandan sonra dayandı. Bir az dənizin soyuq sularına baxdı. Sanki dənizdə nəyisə görəcəyinə inanırdı. Sonra göyə baxdı.

Dodaqlarından son dualarının pıçıltısı eşidildi. Qız birdən sanki canlandı, sürətlə metal məhəccərin üstünə çıxıb özünü estakadanın beton dayağına çırpmaq üçün tələsən dalğanın üstünə buraxdı. Diqqətlə müşahidə edən olsaydı, bəlkə də qızın ciyərlərinə son dəfə dolan duzlu sulardan sonra dalğaların arasından bir-birinin əlindən tutaraq sürətlə yuxarı qalxan bəyaz xəyalları görə bilərdi. Qızın dənizə atıldığını sahildəki saat qülləsinin yanından görən cavan oğlan gecikmədən sürət yığaraq hadisə yerinə çatıb dənizə tullanaraq qızı çıxarsa da artıq gec idi. Qızın ruhu artıq yuxarılardaydı.

İstintaq qrupunun tapdığı iki fakt maraqlıydı. Qız intihar edən gün Sədərək ticarət mərkəzində şəhidlərin portretlərini xalçaya köçürəcəklərinin elanını verən dükana gələrək Rzanın şəklini təqdim etmiş və portretinin xalçaya köçürülməsini xahiş etmişdi. Bir də, yaşadığı mənzildə kiçik bir qeyd qoymuşdu: "Mən muradımın dalınca getdim. Yuxuma gəlmişdi, mənə çatdığı məqamı göstərdi, dəvət etdi. Gedirəm yanına".

Hər iki məclisdə "Qızı şəhid apardı" deyə camaat pıçıldaşırdı.

Zahir Məlikli
Xırdalan.
29 noyabr 2022.




Xəbər 552 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +