Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


23.11.2022  12:25 

“Siyasi partiyalar haqqında“ Qanun layihəsi: 18 maddədə 45 dəyişiklik, amma bu, hələ son deyil...





A+  A-

Bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirə olunur.

XəzərNews.az xəbər verir ki, iclasda Milli Məclisdə təmsil olunan partiyaların nümayəndələri və deputatlar iştirak edir.

Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni variantında 18 maddədə 45 dəyişiklik edilib və amma bu, hələ son deyil.

“Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması zəruri idi. Bununla bağlı qanunun qəbulundan 30 il vaxt keçib. Ona görə də qanunun yeniliyi vacibdir”, - vitse-spiker vurğulayıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, vitse-spiker Əli Hüseynli bildirib ki, “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı ictimai müzakirələrin nəticəsi olaraq təqdim edilir. Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” qanun layihəsinə yenidən baxılması vacib idi:

“Qanuna bir neçə düzəlişlər edilib. Bu düzəlişlər nəticəsində ictimai müzakirələrdə olan narahatlıq aradan qaldırılır. Bir daha qeyd edirik ki, qanun layihəsi beynəlxalq hüquqa əsaslanaraq hazırlanıb və tələblərə cavab verir”.

Deputat, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, “Siyasi partiyalar haqqında qanunun qəbulu Azərbaycanda yeni sistem formalaşdırmağa və demokratik dövlət kimi güclənməyə böyük töhfədir.

“Müəyyən məqamlar var ki, hansısa qanun tərəfindən məhdudiyyət qoyulur, həm partiya yaradıcılarına, həm partiyada siyasi fəaliyyətlə məşğul olan şəxslərə… Məsələn, dini ekstremizmin və dini faktorun siyasətdən kənarlaşdırılması kimi. Bu, bir ehtiyacdır. Xarici dövlətin Azərbaycanın siyasi sisteminə hansısa Vardanyanların, Medvedçukların yol açmasına imkan verməmək zənnimcə, çox məntiqlidir və zəruridir”, - deyə Asim Mollazadə qeyd edib.

O, eyni zamanda qeyd edib ki, dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısı alınmalıdır: “Bunlara ehtiyac varmı? Düşünürəm ki, bütün məhdudiyyətlər ciddi şəkildə azaldılmalı və ya qanundan çıxarılmalıdır”.

Deputat, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa qeyd edib ki, Azərbaycanda bir hakim partiya var, hər kəsə məlumdur, amma bu gün digər siyasi partiyaların da əsas niyyəti iqtidarda olmaqdır.

“Gəlin görək hakimiyyətdə olmaq üçün digər partiyaların nə qədər şansı və imkanı var. Belə olan halda hakimiyyət siyasi partiyalardan qorxmamalıdır, yeni münbit istiqamət yaradılmalıdır. İqtidar maraqlı olmalıdır ki, siyasi partiyalar inkişaf etsin, rəqabət mühiti olsun” - deyə deputat əlavə edib.

Müzakirələr zamanı deputat, REAL partiyasının üzvü Erkin Qədirli isə qanun layihəsinə qarşı olduğunu bildirib.

“Ona görə də qanunun ayrı-ayrı müddəalarının müzakirəsi ilə vaxtınızı almaq istəmirəm. Sadəcə xahiş edirəm ki, protokolda yazılsın ki, bu layihəyə qarşıyam. Plenar iclaslarda da əleyhinə səs verəcəyəm”, - deyə deputat vurğulayıb.

Milli Məclisin sədri Sahibə Qafarova deputata cavab olaraq bildirib ki, necə fikir bildiribsə, protokola elə də yazılacaq.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qeyd edib ki, qanun layihəsinin qəbulunda məqsəd siyasi partiyalara şərait yaratmaqdır və Azərbaycan iqtidarı və dövləti bu məsələdə siyasi partiyaların rolunun artmasında maraqlıdır: “Hazırda Azərbaycanda oturuşmuş siyasi sistem patiyaların çoxluğu hələ çoxpartiyalı siyasi sistem demək deyil. İllərdir seçkilərdə iştirak etməyən partiyalar fəaliyyət göstərir. Əvvəlki qanunvericilikdə müəyyən müddətdən sonra həmin təşkilatların fəaliyyətinə xitam verilirdi. Lakin indi həmin maddə tamamilə çıxarılıb. Əgər cəmiyyətə xeyri dəyməyəcəksə, siyasi proseslərdə iştirak etmirsə, siyasi sistemin formalaşması üçün faydası olmayacaqsa, onda siyasi partiya yaratmağın nə faydası var?! Avropanın aparıcı ölkələrində müəyyən müddət ərzində siyasi proseslərdə, seçkilərdə iştirak etməyən partiyanın fəaliyyətinə xitam verilir, amma biz bunu saxlayırıq. Həddindən artıq demokratik normanın qanun layihəsinə salınmasına partiyalar hazırdırmı?”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc yeni qanun layihəsi ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə deyib ki, “Siyasi partiyalar haqqında” qanunla yanaşı, dövlət daha stimullaşdırıcı yol seçib.

“Seçkilərdə iştirak edən və etibarlı səs qazanan partiyalar üçün 3%-lik kvota ləğv olunur. Dövlət vətəndaşı seçkiyə çağırır. Maliyyə mexanizmi partiyaların siyasiləşməsində rol oynayır. Bu, kiçik partiyalara qoyulan investisiyadır. Hazırda Azərbaycanda güclü partiyalar formalaşdırmaqdır, Azərbaycan xalqının öz həyatını yaxşı mənada partiyalarda görməsidir. 1990-cı illərdə bizdə məğlub siyasi sistem var idi. Ona görə də mən o qanundan xilas olmağı mütərəqqi addım kimi görürəm”, - deyə Z.Oruc əlavə edib.

Müzakirələrdən sonra layinənin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.

Hacı
XəzərNews.az


Xəbər 497 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +