İnformasiya müharibəsində soydaşlarımızın rolu böyükdür- Baş katib
Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti


16.10.2022  14:11 

Qəzəb və istehza hədəfi





A+  A-

Fransa prezidenti Emmanuel Makronun oktyabrın 12-də televiziyaya müsahibəsində Azərbaycana qarşı yönələn ittihamları və Azərbaycan Prezidentinin cavabları ilə tanışsınız.

Amma Makrona yalnız Azərbaycan deyil, ABŞ, Böyük Britaniya, Rusiya, hətta İran rəsmilərinin də verdiyi sərt cavablar var. Fərqli geosiyasi qütbləri təmsil edən dövlətlərin qəzəbinə səbəb onun birdən-birə dünya liderliyinə iddia etməsi, hamıya yol göstərməyə çalışması, verdiyi açıqlamalarda bütün qırmızı cizgiləri aşmasıdır.

- Makronun Bakı ilə Yerevan arasında münaqişədə Rusiyanın "qızışdırıcı" rolu ilə bağlı şərhlərinə Rusiya Xarici İşlər Nazirliyinin cavabı: "Biz Emmanuel Makron-un Rusiyanın guya Dağlıq Qarabağ münaqişəsindən Cənubi Qafqazda sabitliyi pozmaq üçün istifadə etdiyi barədə açıqlamalarını açıq-aşkar və qətiyyən qəbuledilməz hesab edirik. Bu cür hücumlar Rusiyanı şeytaniləşdirmək və qarşıdurma məntiqini postsovet məkanının digər hissələrinə, o cümlədən Cənubi Qafqaza köçürülməsi xəttinə uyğundur".

- "Fransa Prezidentinin oktyabrın 6-da Praqada keçirilən görüşün nəticələri ilə bağlı bəzi şərhlərini oxuyanda təəccübləndim, bu, qəbul edilməzdir". (Prezident Vladimir Putin)

- Makronun Rusiya nüvə silahı işlədərsə, Fransanın ona qarşı sanksiyalara qoşulmaycağı haqda açıqlaması isə Qərbdə qınaqla qarşılanıb. Britaniyanın müdafiə naziri Ben Ualles deyib ki, Fransa Prezidentinin bəyanatı onun əsl planının nə olduğunu aşkarlamış olub. "Bizim mövqeyimiz belədir ki, Rusiya nüvə silahından istifadə edərsə, bunun Rusiya üçün ağır nəticələri olacaq". Keçən ay ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan demişdi ki, Moskvanın Ukraynada nüvə silahından istifadəsinin "fəlakətli nəticələri" olacaq.

- İran Xarici İşlər Nazirliyi Makronun İrandakı aksiyalarla bağlı açıqlamalarına cavab olaraq yada salıb ki, rəsmi Tehranı zorakılıqdan çəkinməyə çağıran Fransa hakimiyyət orqanları neft-qaz sektorunda çalışan işçilərə hədə-qorxu gələrək, onları tətilləri dayandırmağa məcbur edir.

- Amma Makron öz açıqlamaları, davranışları ilə yalnız qəzəb doğurmur, bəzən də gülüş, istehza hədəfinə də çevrilir. Bir müddət əvvəl Tvitterin ərəb seqmentində onunla bağlı qəribə video yayılmışdı. Video özünü keçmiş müstəmləkəçi dövlət kimi aparmaqda israrlı olan Makron Fransanın nə qədər mənasız, gülünc vəziyyətə düşməsinin əyani nümayişidir. O, Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyası çərçivəsində Mali ilə bağlı müzakirələr üçün Afrika İttifaqına daxil olan bir çox dövlət başçılarını görüşə dəvət edib. Seneqal prezidenti, Afrika İttifaqının hazırkı sədri Maki Sall və digər afrikalı həmkarları Makronun dəvətindən yayınmağa, başdan eləməyə çalışırlar. İclasın baş tutmaması ehtimalından narahat olan Makron jurnalistlərin gözü qarşısında zalın darvazasına qədər gedərək Seneqal prezidentinə zəng edir: “Salam Maki, haradasan?.. Gözləyirik səni, xahiş edirəm".

İclasın baş tutması xatirinə söz də verir ki, Maki Sall xüsusi protokolla qarşılanacaq...

Cəmaləddin Quliyev

Xəbər 1027 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +