Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


03.06.2022  16:35 

Kimdir günahkar: Qazilər, yoxsa dövlət qurumları?





A+  A-

Dünən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi qarşısında qazilərlə bağlı baş verənlər cəmiyyətdə birmənalı qarşılandı. Yəni cəmiyyətin böyük əksəriyyəti qaziləri bu duruma salan dövlət qurumlarını ittiham ediblər. Bildirilər ki, qazilərin problemləri vaxtında həll olunmur.

XəzərNews.az cəmiyyətin tanınmış şəxslərinin bu problemlə bağlı rəylərini təqdim edir:

Hafiz Hacıyev/ Partiya sədri:

“Sahil Babayev papağını qabağına qoyub fikirləşməlidir ki, bu dərəcədə ərköyünlük olmaz… Qazilərin müavinətlərini artırmaq, müalicələrini təşkil etmək həllolunmaz məsələ deyil axı… Mən özüm də bu barədə müəyyən dairələrə çatdırım ki, bu, Azərbaycana qarşı çox böyük provokasiyadır. Bunu da törədənlər öz içimizdəkilərdir”.

Elnur Məmmədli/Jurnalist:

"Kimdir bu Sahil Babayev? Birinci Qarabağ müharibəsində iştirak edib yaralanan, uzun illər əlillik müavinəti alan yüzlərlə yarımcan soydaşımızın müavinətini ləğv edib və bununla fəxr duyan adamdır. Sanki bu əməlindən mozaxistcəsinə ləzzət alır. Vəzifəyə təyin olunduğu gündən bu həssas təbəqə ilə müharibəyə başlayıb. Onun hesabat çıxışlarını dinləyin. Babayev insanların əlilliyinin ləğv olunması məsələsində xüsusi canfəşanlıq göstərir, qürür duyur, rəqəmlər səsləndirir. Bu rəqəmlərin hər birinin arxasında canlı - daha doğrusu yarımcan bir vətəndaşımızın dayandığının fərqində deyil".

Nadir Qocabəyli/Yazıçı:

"Bunların öz haqqı yoxdur ki, yedikləri yalnız onun-bunun haqqıdır. Qazinin, şəhidin, fəhlənin, kəndlinin, ziyalının, digər vətəndaşın haqqını versələr, bəs özləri nə yeyəcək, nə sürəcək, harada yaşayacaq, nəylə kef edəcəklər? Məsələ burasındadır ki, təkcə qazinin haqqını tanımaqla iş bitməyəcək. Bunu görən başqaları da haqq istəyəcək. Eyni zamanda, qaziyə bu gün nəsə verəcəksən, 6 aydan sonra deyəcək ki, qiymətlər qalxıb, yenə ver.

Dövlət, xüsusilə də burjua dövləti, onu idarə edənlərin xalqı öz mənafeyi naminə əzməsi üçündür. Lenin nə deyirdi: dövlət istismarçıların əlində zor alətidir. Dahiyanə fikirdir. Deyəcəksiz ki, Amerika belə, Avropa elə. Onlar başqa xalqları zorla, digər müxtəlif üsullarla istismar edirlər və pulları o qədər çoxdur ki, öz xalqlarına da nəsə düşür. Onlar müstəmləkə imperiyalarıdır və xalq olaraq istismarçıdırlar..."

Bəybala Mirzəyev/Siyasətçi:

"Ancaq qaziləri bu həddə çatdıran bəzi məsuliyyətsiz məmurlar da mütləq cəzalandırılmalıdır. Qardaş Türkiyədə qazilərə göstərilən diqqət və qayğı bizdə də öz yerini tapmalıdır".

Savalan Talıblı/jurnalist:

“Nazirlik bu hadisədən qabaq operativ cavab verə bilmirdi? Yüzlərlə qazi, şəhid ailəsi məhz Fazil Talıbovun qəbuluna düşə bilmir. Suallarına cavab tapa bilmir. Hələ nazir Sahil Babayevi demirəm. İndi nə oldu , hadisə olan kimi Fazil Talıbov kameralar qarşısına çıxıb müsahibə müsahibə verdi. Ən həssas yerimizdir qazilər. Heç olmasa Şuşadan utanın, qazilərə bu münasibəti qoymayın. Şuşaya gedən yollara incitdiyiniz oğulların qanları tökülüb, əlləri - ayaqları o yollarda, o yollar üçün qurban gedib.
Mən şəxsən yüzdən artıq qazi, şəhid ailəsi tanıyıram ki, Fazil Talıbov onları süründürür, məktublarına cavab vermir, nazirlə görüşdürmür. Qəsdən, bilərəkdən onları bu cür meydanlara çıxmağa, əsayişi pozamağa məcbur edir.

Jurnalist həmkarlarımın çoxu təsdiqləyə bilər. Fazil Talıbovla əlaqə yaratmaq , nazirlə əlaqə yaratmaqdan çətindir”.

Elçin Bayramlı/jurnalist:

“Mən deyəndə ki, sosial nazir istefa verməlidir, bəziləri deyirdi ki, sən də elə hamını istefaya çağırırsan. Nə etməliyəm, güllələməliyəm? Məndə silah hardandı ki?”

Sevil Gültən/Tərcüməçi:

“Facebook-da nazirliyi söyən dostlar, heç xəbəriniz varmı respublikamızda nə qədər insan saxta yolla əlillik pensiyası alır? Minlərlə insanın saxta əlilliyi ləğv edilib, hələ neçə min insan yenə də saxta yolla əlillik almaqda davam edir.
Nazir pensiya alan hər şəxsi tanımalıdır? Bu, mümkün deyil. Saxta yolla pensiya alanları müəyyən etmək üçün müxtəlif yollar var. Pensiyası kəsilənlər Əlillərin Bərpa Mərkəzində əyani müayinədən keçir, sonra əlillik bərpa olunur“.

Yusif
XəzərNews.az


Xəbər 1419 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +