Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


13.05.2022  18:14 

Mədəniyyət Nazirliyinin yarım milyonluq “Qarınqulu”su...





A+  A-

Mədəniyyət Nazirliyinin "Qarınqulu” adlı animasiya layihəsi qalmaqala səbəb olub.

XəzərNews.az reportyor.infoya istinadən xəbər verir ki, Azərbaycanda ilk animasiya serialı olan "Balta”nın prodüsseri Nicat Manafov layihənin korrupsiya mənbəyi olduğunu deyir. Onun sözlərinə görə, "Qarınqulu”nun maliyyə dəyəri yarım milyona yaxındır. Amma maraqlıdır ki, animasiyanın çəkilişi ilə bağlı tender elan edilməyib. Nazirlik layihənin icrasına bu sahədə ixtisaslaşmış şirkətləri cəlb etməkdənsə, animasiyanın çəkilişini "Salnafilm” studiyasına həvalə edib. "Salnaməfilm” Mədəniyyət Nazirliyinin tabeliyindədir. Studiya sənədli filmlər üzrə ixtisaslaşıb.

"Qarınqulu”nun heç bir tender keçirilmədən "Salnaməfilm”ə verilməsi layihənin korrupsiya mənbəyinə çevrilməsinə dair şübhələrə səbəb olub.

Bir həftədən artıqdır ki, bu mövzu sosial şəbəkələrdə müzakirə olunur. Nicat Manafov məsələ barədə çoxsaylı paylaşımlar edib. Lakin Mədəniyyət Naziriyi müəmmalı şəkildə susur.

"Salnaməfilm” studiyası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Bu baxımdan, iddia edilə bilər ki, tenderə ehtiyac yoxdur. Məsələ burasındadır ki, "Salnaməfilm” studiyası animasiya çəkilişləri üzrə ixtisaslaşmayıb. Belə olsaydı, o zaman "Qarınqulu” animasiyasının çəkilişlərinə başqalarını cəlb etməzdilər”, – deyə Nicat Manafov bildirib.

Maraqlıdır ki, ilkin mərəhələdə layihə "AzanFilm” studiyasına verilib. Lakin sonradan "AzanFilm” layihədən imtina edib.

Bəzi iddialara görə, layihənin kuratoru Mədəniyyət Nazirliyinin kinemotoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovdur. Nicat Manafov da onda belə bir məlumatın olduğunu deyir. Lakin Rüfət Həsənov da hələ ki susur.

Nicat Manafovun fikrincə, layihənin tendersiz keçirilməsi büdcədən ayrılan vəsaitin qaranlıq məqsədlərə xərclənəcəyi barədə şübhələrə əsas verir:

"Fikrimcə, büdcə dəfələrlə şişirdilib. Bu baxımdan da rəqabətə imkan verməyiblər. Ölkə üçün əhəmiyyətli bir layihənin başdansovdu icrası, "Qarınqulu”nun korrupsiya mənbəyinə çevrilməsi cəhdi yolverilməzdir. Hesab edirəm ki, layihə ilə bağlı tender elan edilməli və animasiya çəkilişləri üzrə ixtisaslaşan şirkətlərin satınalma müsabiqəsində iştirakı təmin olunmalıdır. Təəssüf ki, cənab Prezidentin çıxışlarında ictimai nəzarətin vacibliyini qeyd etməsinə baxmayaraq, bu layihə gizli formada icra olunur”.

Xəbər 1176 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +