Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


10.03.2022  18:26 

Ukrayna azərbaycanlıları: Vilayətlərdə vəziyyət necədir?





A+  A-

XəzərNews.az Ukrayna Azərbaycanlı Radasınən vilayətlərdən gələn son məlumatlarını təqdim edir:

Fizuli Qəmbərov, Poltava: Gecə bir neçə dəfə hava həyəcanı siqnalı olsa da sakitçilikdir. Dünən 123 nəfər azərbaycanlı qatarla Lvov istiqamətinə təxliyə olunub. Onların 38 nəfəri Sumi vilayətindən gələnlər, qalanları isə Poltavada yaşayanlar olub!

Zaur Ağabəyov, Nikolayev: Bu gecə səhərə qədər hava hücümü siqnalı olub. Nisbi sakitçilik var. Dünən iki avtobusla 19 nəfər Moldova istiqamətinə təxliyə olunub! Bu gün toplanan qruplar sabah yola salınacaq!

Eyub bəy, Rovno: Gecə bir-iki dəfə hava həyəcan siqnalı oldu. Ümumi sakitçilikdir. Başqa regionlardan Rovnaya gələnlər var. Onları İstanbula təxliyə etmək istəyirik.

Nurəli Məmmədov, Çerkası; Sakitçilikdir. Başqa regionlardan gələnlər var. 11 nəfər təxliyə olunub. Çerkasda yaşayanlar hələ ölkəni tərk eləmək istəmirlər.

Dəyanət Məmmədov, Xerson; Düşmən əsarətində olsaq da nisbi sakitçilikdir. İşğalçılar Krıma, oradan da Rusiyaya təxliyə təklif edirlər. Soydaşlarımız o xətlə getmək istəmir. Hamı Ukrayna tərəfunə humanitar dəhliz açılmasını gözləyir.

Rafəs Bünyadov, Dnepr; Sakitçilikdir. Şəhər meriyası tərəfində birbaşa Polşaya pulsuz qatarlar işləyir. Təxliyə olunmaq istəyənlər rahat şəkildə gedə bilirlər.

Anar Natiqoğlu, Odessa; Bu gecə sakitçilik olub. Yetərli adam sayı olmadığına görə bu gün təxliyə olmayacaq. Sabaha Moldovaya bir avtobus göndərməyi planlaşdırırq. Bunda əlavə bu gün digər humanitar qərargahlara baş çəkiləcək, blok-postlara ərzaq yardımı olunacaq.

Vahid Təhməzov, Zaporoje; Şəhərdə vəziyyət stabildir. Amma digər yaxın ərazilərdə vəziyyət ağır olaraq qalır. Yaxınlıqdakı Vasilovka mühasirədədir. Orada qalan soydaşlarımıza heç cür yardım edə bilmirik. Dünən humanitar atəşkəs olmasına baxmayaraq Enerqodardan çıxmaq istəyən 30 maşını buraxmayıblar.

Teymur Məmmədov, Lvov; Dünən 90 nəfər Polşa sərhədinə yola salınıb. Sığınacaq yerimizdə 100 nəfər qalır. Onların və ondan əlavə də hər gün vağzalda qalan 150 nəfərə yemək verilir. Dünən Pervomaysk şəhərinə 30 ton ərzaq yardımı göndərilib. Bu gün də Tryskavets şəhərinə yadım göndəririk.

Elşaq Ələsgərov, İvanofrankovsk; Şəhərdə sakitçilikdir. Bura gələn soydaşlarımızı müvəqqəti qalma yeri tapmasına köməklik olunub.

Kievdə vəziyyət ağır-stabil olaraq qalır. Şəhərin müdafiəsi gücləndirilir. Qaynar xəttimizə gələn zənglər isə azalıb. Əgər ilk vaxtlar 500-dən artıq zəng gəlirdisə, dünən 60 zəng olub. Soydaşlarımız əsasən dəmiryol vazğalına yönləndirilir. Sərhəd buraxılış məntəqəsində olan və Fizuli Məmmədov tərəfindən bildirlən məsələyə də sərhəd xidmətindən aydınlıq gətirdilər. Bildirdilər ki, hər yerdə mərkəzi aparatın xüsusi nümayəndəsi vəziyyətə nəzarət edir. Qadın və uşaqlar heç sistemə daxil olmadan buraxılır. Amma bəzi insanlar növbə çoxluğundan vəziyyəti manipulyasiya edirlər.




Xəbər 1301 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +