Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


17.02.2022  16:54 

“Qarabağ”ın oyunundan nə gözləyək?





A+  A-

"Marsel" bu mövsüm "Qarabağ"ın qarşılaşdığı ən çətin rəqib olacaq. Komanda hazırda Fransa Liqasında PSJ-dən sonra 2-ci yeri tutur. Heyətində çox güclü oyunçuları var.

Çengiz Ünder (Türkiyə millisi), Arkadiuş Milik (Polşa), Dimitri Payet (Fransa), Bubakar Kamara, bugünlərdə Seneqal millisinin heyətində Afrika çempionu olmuş Pape Qeye, Bamba Dienq və sair. Oyunun favoriti “Marsel” olsa da, mənə elə gəlir ki, matçın taleyi Fransada deyil, Bakıdakı cavab oyununda həll olunacaq.

Bəs, “Qarabağ”ın şansı varmı?


Azərbaycan komandası indi tarixinin ən yaxşı dönəmini keçirir, oyundan oyuna inkişafa doğru gedir. Məlumdur ki, “Qarabağ” ilk dəfədir qrup səddini keçib.

Qrupun oyunları dekabrda bitib, pley-off fevralda başlayır. Bu o deməkdir ki, rəqibi daha dərindən öyrənmək, təhlil etmək, matça yaxşı hazırlaşmaq baxımından baş məşqçi Qurban Qurbanovun 2 aylıq uzun bir vaxtı olub. İlk dəfədir ki, bir Azərbaycan klubunun avrokubokdakı matça hazırlığı üçün belə uzun zaman yaranıb. Ona görə də düşünürəm ki, hətta 1 qollu minimal hesablı məğlubiyyət belə, “Qarabağ” üçün pis nəticə sayılmamalıdır (heç-heçə və qələbə isə əsl sensasiya olar). Çünki cavab görüşü Bakıda olacaq və güclü azarkeş dəstəyi ilə də rəqibi keçmək mümkündür. Əsas odur ki, “Bazel”lə İsveçrədəki görüşdəki kimi nəticəyə təsir göstərən, böyük hesablı yenilgiyə gətirib çıxaran hakim səhvi olmasın...

Xoş məqam odur ki, rəqibin gücü, Fransada mümkün erməni təxribatının olacağına dair versiyalar komandanın fikrini oyuna kökləməkdən yayındıra bilməyib. Belə məsuliyyətli matçlar öncəsi bu, böyük psixoloji üstünlükdür. Qurban Qurbanovun dünənki mətbuat konfransında "komandama güvənirəm, istəkliyik" kimi inamlı, qətiyyətli açıqlaması da komandada ruh yüksəkliyindən xəbər verir.

Daha bir xüsusi məqama diqqət çəkmək istəyirəm. Neçə vaxtdır “Marsel”də futbolçularla baş məşqçi Xorxe Sampoeli arasında münasibətlər kəskinləşib, komanda daxilində gərginlik indi də davam edir. “Qarabağ”da isə əksinə həmişəki kimi güclü birlik var. Bu, “Qarabağ”ın lehinə işləyən faktordur.

Sonda bir narahatlığımı da qeyd edim. “Qarabağ”da Şahruddin Məhəmmədliyevin zədə səbəbindən oynamaması komandaya təsirini göstərə bilər. Güman ki, bu gün əsas qapıçı kimi meydana gürcüstanlı yeni transfer Luka Quqeşaşvili çıxacaq. Antalyada olarkən Lukanın oyunlarını izləmişdim. Yaxşı seyvləri olsa da, az səhvlər də etmədi. Bu, “Qarabağ”a yeni qoşulması, tam adaptasiya olmaması ilə də bağlı ola bilərdi.

İnanmaq istərdim ki, narahatlığım əbəs olacaq və Luka ən yaxşı oyunlarından birini keçirəcək.

Amma daha yaxşı olardı ki, hər iki oyunda onun əlinə ümumiyyətlə, top dəyməsin...

Aydın Bağırov

Xəbər 1530 dəfə oxunub.



11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib


BÜTÜN XƏBƏRLƏR +