Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


31.01.2022  12:32 

Ukrayna böhranı: Bakı İrəvan üzərində yeni üstünlük qazanır – TƏHLİL





A+  A-

Hazırda dünya nizamını formalaşdıran əsas güclərin diqqəti Ukrayna böhranına cəmlənsə də, yeni düzəndə çəki qazanan Azərbaycan-Ermənistan normallaşma prosesi gündəlikdən çıxarılmayıb.

İki ölkə arasındakı münasibətlərə sülh toxumları səpmək heç də asan başa gəlmir, çünki İrəvan ikibaşlı mövqeyini davam etdirir, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri isə sülhyaratma elementində ağırlıq mərkəzi təşkil etmələri üçün yarışa girişirlər.

Ancaq əsaslı nəticəyə doğru trafikdəki gedişatlar optimizm üçün əsaslar verir.

Ən əsası, münaqişə bitib və Azərbaycan keçmiş münaqişə coğrafiyasından sərhədlərə çıxıb, cari situasiyada cərəyan edən hadisələr isə açıq qalan məsələlərin həlli üçün atılan addımların yaratdığı reaksiyalardır.

Normallaşmanın təməli olan 10 noyabr bəyanatının bir neçə bəndi icra edilməmiş qalır, söhbət əsasən məcburi köçkünlərin geri qayıtmasından və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində sırtıqcasına ilişib qalan erməni silahlıların çıxarılmasından gedir.

Hazırda 10 noyabr bəyanatının icra edilməsinin ikinci ilindəyik və Azərbaycan diplomatiyası Rusiya sülhməramlılarının olduğu ərazilərdə də öz tamhüquqlu suverenliyini bərpa etmək yolunda çalışır.

10 noyabr bəyanatının davamı hesab edilən 11 yanvar və 26 noyabr (Moskva və Soçi) bəyanatları, 15 dekabr Brüssel bəyanatının icrasında isə hazırda bir qədər durğunluq müşahidə edilir. Bunun bir səbəbi də Ukraynanın başı üzərini almış qara buludlardır.
Əsas durğunluq Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasına dair ikitərəfli komissiyanın yaradılması məsələsi ilə əlaqədardır, Ermənistanın tutduğu qeyri-müəyyən mövqe bu durumu tətikləyir.

Bununla belə, Ermənistan dövlətinin bətnindəki çalxalanmalar (Prezident Armen Sarkisyanın istefası) onun siqnalıdır ki, Ermənistan cəmiyyəti onların taleyinə yazılmış güzətşlərə hazırlanır.

Ermənistanda prezidentin səlahiyyətləri az olsa da, Sarkisyan indidən üzərinə düşən simvolik məsuliyyətdən öz yaxasını kənara çəkir.

Yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında razılaşmanın yeni mərhələyə keçidinə şahidlik edəcəyik, təbii ki, İrəvan istəsə. Əks təqdirdə isə, Azərbaycan hərb variantına müraciət edəcək ki, bu da İrəvan üçün xoş gələcək vəd etmir.

Azərbaycan coğrafi mənada hərbi-strateji üstünlük dərəcəsini əhəmiyyətli şəkildə artırıb, bu, 2021-ci ilin noyabrında dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətlərində baş verən döyüşlərin nəticəsidir.

Küncə sıxılmış Ermənistanın başına digər istiqamətdən tuşlanan “yumruq” da İrəvanın alternativinin olmadığını göstərir. Söhbət Türkiyə amilindən gedir, bu ilin yanvarın 14-də Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü keçirildi və bunun davam edəcəyi gözlənilir.

Təbii ki, Türkiyə Azərbaycan tərəfinin maraqlarını önə çəkir, üstəgəl öz strateji cizgilərini edir. Təklənən Ermənistanın Azərbaycan və Türkiyənin birgə resursunun cüzi bir hissəsinə belə müqavimət göstərmək potensialı yoxdur.

Üstəgəl, Ukrayna böhranı da Qərbin Azərbaycana marağının artmasına gətirib çıxarır, belə ki, indi Qərb Azərbaycan qazının Avropa bazarlarında şaxələndirilməsi planları üzərində baş sındırır.

Ermənistanın Ukrayna böhranının həllində heç bir payı yoxdur, buna görə də ofsaydda qalır.

NƏTİCƏ:

1. Bakı-İrəvan təmasları davam etdiriləcək,
2. Bakı İrəvandan müsbət siqnallar gözləyir,
3. Küncdə qalan Ermənistanın “dişqıcama” cəhdi instinktiv reaksiyadır, həmin “dişlər” isə sındırılacaq və Ermənistan yeni güzəştlər aktına imza atmağa məcbur ediləcək,
4. Bakı ilə Avropa arasında enerji ilə bağlı yeni müzakirələr Qərbin Azərbaycana dəstəyini gücləndirəcək ki, bu da Bakının İrəvan üzərində yeni üstünlüyüdür.

Aqşin Kərimov

Xəbər 1206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +