Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır


14.01.2022  23:05 

Eldar Mahmudov ölkədən xarici ofşorlara milyardlarla dollar çıxarıb - Fotolar





A+  A-

İngiltərə və Uelsin Yüksək məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri olmuş Eldar Mahmudovun övladlarının diffamasiya barədə iddiasını rədd edib.

XəzərNews.az virtualaz.org-a istinadən xəbər verir ki, Eldar Mahmudovun oğlu Anar və qızı Nərgiz bu iddianı Barselona qəzeti “El Periodico” daxil olmaqla, beş ispan nəşrinə qarşı qaldırmışdı.

Bildirilir ki, Mahmudovun övladları 2020-ci ilin mayında “Prensa Lberica” mediaqrupuna daxil olan nəşrlərdə dərc edilmiş məqalədən məhkəməyə şikayət edib. Həmin məqalələrdə keçmiş MTN rəhbərinin və onun ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburqdakı çoxsaylı daşınmaz əmlakından, biznes aktivlərindən bəhs edilirdi. Hansı ki, həmin əmlak Eldar Mahmudovun nazir statusunda cinayət yolu ilə qazandığı vəsaitlər hesabına əldə olunub.



“El Periodico” qəzeti yazır ki, Anar və Nərgiz Mahmudovların verdiyi şikayət təmin olunsaydı təhlükəli presedent yaradardı və informasiya azadlığını təhdid edərdi. Axı iddiaçılar KİV-lərə qarşı onların aid olduğu yurisdiksiyadan kənarda iddia qaldırmışdılar. Yəni onlar ispan məhkəməsinə deyil, Britaniya məhkəməsinə müraciət etmişdilər. Bu da “Prensa Lberica” mediaqrupunu məcbur edib ki, onun üçün yad olan normativ-hüquqi bazada özünü müdafiə etsin və nəticədə, ispan məhkəmələrində olduğundan daha çox xərc çəksin.

Nəticədə, Britaniya məhkəməsi Mahmudovların iddiasını rədd edib, hesab edib ki, dərc edilən məqalələrin Britaniyada onların maraqlarına zərbə vurduğuna dair yetərli dəlillər yoxdur.

İspaniyada isə Mahmudovların sərvəti barədə məqalələr “El Periodico” nəşri ilə yanaşı, “Diario de Mallorca”, “Diario de Córdoba”, “Opinión de la Coruña” və “Regió7” nəşrlərində də dərc edilmişdi. İddiada cavabdeh qismində onların da adları yer alırdı. Lakin iddiada Britaniyanın “The Observer” nəşri, “Finance Uncovered” və "Organised Crime and Corruption Reporting Project" kimi jurnalist araşdırmaları təşkilatları yer almayıb. Hansı ki, onlar "Cayman National Bank"dan sızmış sənədlər əsasında Mahmudovların qanunsuz sərvəti barədə ispan nəşrləri ilə birlikdə araşdırma aparmışdı.



Mahmudovların Britaniya nəşrləri ilə məhkəmə çəkişməsinə girməkdən çəkinməsi maraq doğurur. Xatırladaq ki, həmin araşdırmada Mahmudovun ailə üzvlərinin Avropa ölkələri boyu səpələnmiş və ümumi dəyəri 100 milyon avrodan çox olan mülkləri, o cümlədən, çoxsaylı ofşor şirkətləri barədə bəhs edilirdi.

Hesab olunur ki, Eldar Mahmudov nazir olarkən ölkədən xarici ofşorlara milyardlarla dollar çıxarıb.

Mahmudovun ailə üzvlərinin Avropa boyu səpələnmiş çoxsaylı mülklərindən bir qisminin fotoları:











Xəbər 1122 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb


BÜTÜN XƏBƏRLƏR +