Prezident Patrisiya Skotlendi qəbul edib
Roma Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət etdi: Sizi əmin edirik ki...
Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 4-cü Forumu keçiriləcək
Prezident Füzuli rayonuna səfər edib -FOTOLAR
Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!


16.12.2021  15:46 

“Qazilərə inamsızlıq yaranmağa başlayıb” - Qazi baş leytenant





A+  A-

“İçimizdə bəziləri var ki, hərbi formaya layiq olmayan hərəkətlər edirlər. Geyim qaydalarını pozurlar və cəmiyyətin içində də biz qazilərə qarşı səhv fikirlər formalaşdırmırlar”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Bakupost.az -a qazi baş leytenant Pərvin Abdullayev “qazi necə olmalıdır?” sualına aydınlıq gətirərkən deyib.

“Əgər sənin hərbi formanı geyinmək hüququn yoxdursa, ondan istifadə edə bilməzsən. Qazi sözünün açıqlaması “şəhidin şahidi” deməkdir. Əgər biz qazilərin bir yeri ağrıyırsa həkimə gedirik və ya Yaşat Fondu vasitəsilə xarici ölkədə sağlamlığımızı bərpa etmək üçün müalicələr edirik. Yəni, bizim ağrımız müalicə ilə sağalır, lakin şəhid anasının qəlbindəki bala ağrısı onunla bir ömür yaşayır. Ona görə də çalışmalıyıq ki, qazi adını daim qoruyaq, o ada hörmət qoyulmasına çalışaq. Qazi bir az müasir formada səslənir, əslində, biz müharibə əlilləriyik. Yəni, döyüş tapşırığını yerinə yetirərkən düşmənin tərəfindən yaralanmışıq. Özümüzü elə aparmalıyıq ki, bizdən sonra gələnlər o adı daim üstün tutsunlar. Təəssüflər olsun ki, bu gün real qazilərə belə inamsızlıq yaranmağa başlayıb”.

Qazi baş leytenant bildirib ki, hər yerə hərbi formada getmək olmaz:

“Bəziləri var, diskotekaya da formada gedir. Buna yol vermək olmaz. Çünki biz o hərbi geyimin içində 3000 şəhid vermişik. Hərbi formanın geyim saatı var. Əgər sən döyüş tapşırığını yerinə yetirən briqadada xidmət edirsənsə, o forma sənin əynində qala bilər, yox əgər sən döyüş tapşırığını yerinə yetirməyən əlahiddə briqadanın hərbi qulluqçususansa, iş saatı bitdikdən sonra hərbi formanı çıxartmalı və mülki geyimini geyinməlisən. Bugünkü gündə bu qələbənin 100-də 99 faizini Xüsusi Təyinatlılara borcluyuq. Amma biz heç yerdə Xüsusi Təyinatlıların formada harasa getdiyini görməmişik. Çünki general leytenant Hikmət Mirzəyev qanun qoyub ki, iş saatından sonra sən mülki geyimini geyinməlisən. Formanı geyinib millətə mən qaziyəm bildirməklə deyil qazi olmaq. Qoy millət, cəmiyyət özü sənə qazi olaraq hörmət qoysun. Bu gün xalqımdan çox razıyam, həqiqətən biz qazilərə çox dəyər verirlər. Heç vaxt xalqımdan, millətimdən, dövlətimdən narazılığım olmayıb. Allah xalqımızı var etsin. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə də can sağlığı arzulayıram”.

Xəbər 1017 dəfə oxunub.




13.05.2024  11:21 

Murad Muradov vəfat edib

13.05.2024  00:02 

DİN vətəndaşlara müraciət edib

12.05.2024  19:19 

Meksikada zəlzələ baş verib

12.05.2024  17:59 

Tovuza dolu düşüb

11.05.2024  17:01 

Sabahın havası açıqlandı

11.05.2024  08:44 

Murad Muradov həyata qayıdıb


BÜTÜN XƏBƏRLƏR +